Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (aprel 2024) |
Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi.
Nuri Sərinləndirici | |
---|---|
Vüqar Rəşid oğlu Nuriyev | |
Ümumi məlumatlar | |
Ləqəbi | Nuri |
Doğum tarixi | 29 iyun 1979(1979-06-29) (45 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 2002–h.h. |
Janr | Pop |
Albom şirkəti | Nurimusic |
Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.[1]
Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir:
"Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar.
2017-ci ilin aprel ayında Dominikanda duet ortağı Jane Şirokih ilə ailə həyatı qurub.[2][3][4]
Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib. Məktəbdə təhsil aldığı müddət ərzində öz musiqi kolektivini yaradıb və məktəbdə konsertlərlə çıxış etməyə başlayıb.[1]
Orta məktəbi bitirdikdən sonra Türkiyəyə, İstanbul şəhərinə gedib və orada Yılmaz müzik dərslik evində (musiqi akademiyası) 2 il təhsil alıb. 1999-cu ildə Hərbi xidməti yerinə yetirmək üçün vətənə qayıdıb. Hərbi orkestrdə qulluq edib. 2001-ci ildə hərbi xidmətini başa vurub.[1]
2002-ci ildən Rusiya Federasiyasına gedən Nuri, hal-hazırda da Moskva şəhərində yaşayır və özünün rəhbərlik etdiyi musiqi kollektivi var.[1]
Müğənni rus dilində yazılan "Ya, ya, ya" (Mən, mən, mən) adlanan mahnısını duet ortağı Jane Şirokihlə birgə ifa edib.[5]