Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa və ya Bakı – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015).
Nuriyyə Əhmədova | |
---|---|
Doğum adı | Nuriyyə Əliağa qızı Əhmədova |
Digər adı | Nuriyə Əhmədova |
Doğum tarixi | 26 dekabr 1950(1950-12-26) |
Doğum yeri |
|
Vəfat tarixi | 10 oktyabr 2015(2015-10-10) (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Xanlar İbadov[1][2] |
Uşaqları |
İlahə Əli İslamzadə[3] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1968–2013 |
Təhsili |
|
Mükafatları |
![]() ![]() |
IMDb | ID0015269 |
Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə)[4][5][6] anadan olub.[7] M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
2007-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.
Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi.[1][8][9] Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.[1][4][10]
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.[11][12] Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.