. Love.az

Ocaqtepe Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Ocaqtepe Yasayis Yeri
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (fevral 2025)

Ocaqtəpə yaşayış yeri — Babək rayonunun Xalxal kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində Orta əsrlərə aid yaşayış yeri.[1]

Mündəricat

  • 1 Haqqında
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Haqqında

redaktə

1971-ci ildə qeydə alınmışdır. Uzunsov formalı hündür təpədən ibarətdir. Sahəsi təqribən 20 ha. Yaşayış yerinin üst hissəsində daşdan əmək alətlərinin, şirli və şirsiz qabların fraqmentlərinə rast gəlinmişdir. Arxeoloji tədqiqatlar erkən orta əsr laylarını göstərsə də, əldə olunmuş tapıntılar son dövrlərə aiddir. Mədəni təbəqənin qalınlığı 5 m-dəkdir. Daş bünövrə üzrəində çiy kərpicdən hörülmüş tikili qalıqları, bişmiş kərpic, xeyli şirli və şirsiz gil qab məmulatı (kasa, cam, küpə, çıraq və s.) qalıqları və s. arxeoloji materiallar aşkara çıxarılmışdır. Tapıntılar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Abidə 3-15 əsrlərə aid edilir.[1] 

İstinadlar

redaktə
  1. ↑ 1 2 Ocaqtəpə// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 199. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

redaktə
  • Kitab Nuh yurduna ziyarət

Həmçinin bax

redaktə
  • Naxçıvan Dövlət Tarix Muzeyi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ocaqtəpə_yaşayış_yeri&oldid=8039464"
LOVE.AZ