. Love.az

Odoardo Farneze Kardinal - Wikipedia - Love.az

Ana Səhifə - Odoardo Farneze Kardinal

Odoardo Farneze (it. Odoardo Farnese; 8 dekabr 1573[1], Roma – 21 fevral 1626[1][2], Parma) — italyan kardinal.

Odoardo Farneze
Kardinal
6 mart 1591 – bilinmir
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1573[1]
Doğum yeri
  • Roma, Papa dövləti
Vəfat tarixi 21 fevral 1626(1626-02-21)[1][2] (52 yaşında)
Vəfat yeri
  • Parma, Parma hersoqluğu
Fəaliyyəti katolik keşişi[d]
Atası Alessandro Farneze (Parma hersoqu)
Anası Portuqaliyalı Mariya (Parma şahzadəsi)
Dini Roma-Katolik kilsəsi[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

8 dekabr 1573-cü ildə Romada dünyaya gəldi. Atası Parma hersoqu Alessandro Farneze, anası isə Portuqaliya kralı I Manuilin nəvəsi Mariyadır. Uşaqlıq illəri boyunca atasının əmisi olan kardinal Alessandro Farnezenin himayəsində dini təhsil aldı. Hələ 16 yaşında ikən baş rahib, 6 mart 1591-ci ildə isə papa XIV Qriqori tərəfindən kardinal təyin edildi. Uzun illər müxtəlif əyalətlərin baş yepiskopu olaraq xidmət etdi.

Qardaşı oğlu Odoardonun uşaq yaşda taxta çıxması səbəbilə, 1622-1626-cı illərdə Parma və Piaçensa hersoqluğunda naib olaraq xidmət etdi. Ancaq bu vəzifədə ikən 1626-cı ildə Parmada vəfat etdi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • van Gastel, Joris (2013). Il Marmo Spirante: Sculpture and Experience in Seventeenth-Century Rome. Walter de Gruyter. ISBN 978-3050059488

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 BeWeB.
  2. ↑ 1 2 Pas L. v. Odoardo Farnese // Genealogics (ing.). 2003.
  3. ↑ Catholic-Hierarchy.org (ing.). USA: 1990.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Odoardo_Farneze_(kardinal)&oldid=8130043"
LOVE.AZ