Ogüst Valras (fr. Auguste Walras; 1 fevral 1801[2], Monpelye – 18 aprel 1866[2], Po) — Fransa iqtisadçısı (həvəskar) və məktəb direktoru. Görkəmli riyaziyyatçı Leon Valrasın atasıdır.
Ogüst Valras | |
---|---|
fr. Auguste Walras[1] | |
Doğum adı | Antuan Auguste Walras |
Doğum tarixi | 1 fevral 1801(1801-02-01)[2] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1866(1866-04-18)[2] (65 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Elm sahəsi | iqtisadiyyat[1] |
Mükafatları |
![]() |
Ogüst Valras oğlu Leon Valrasın fəaliyyətinə əhəmiyyətli təsiri ilə yadda qalıb. Belə ki, o, Leonun iqtisadiyyat sahəsi üzrə təhsil almasına nail olmaq üçün oğlunu ədəbiyyata olan marağından uzaqlaşdırmışdı. Qıtlıq və faydalılığın dəyər mənbəyi kimi götürülməsi məhz Ogüstün ideyası idi. Keçmiş sinif yoldaşı Antuan Kurnodan təsirlənərək oğlunu iqtisadi təhlillər zamanı riyazi vasitələrdən istifadə etməyə təhrik etmişdi.
Ogüst Valras insanların istəkləri ilə malların qıtlığını qarşılaşdıraraq onların dəyərini aşkar etmişdi. Onun nəzəriyyələrini hazırlayarkən göstərdiyi səylər Leon Valrasın çəkəcəyi bir eskizdən daha uzağa getmədi. Ogüst Valrasın torpaqların milliləşdirilməsi ilə bağlı siyasi mövqeyi də gənc Valras tərəfindən qəbul edilmişdi.