Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Opriçnina — "opriç" sözündəndir: kəsib götürmək mənasını verir. Rus çarı IV İvan Qroznı yeni qaydalar tətbiq etdiyi əraziləri opriçnina adlandırırdı. 1565–1572-ci illərdə hökmdar mülklərinin adı. Həmin illərdə amansız terror, edamlar və sürgünlər baş verdi.
Opriçnina siyasətini yeritməkdə çarın əsas məqsədi öz düşmənlərinin müqavimətini qırmaq idi. Opriçnina kobudluq, zorakılıq və terrorçuluq vasitələri ilə mərkəzi hakimiyyət əleyhinə olan boyar müxalifətini ləğv etmək məqsədilə yaradılmışdır.