Oqtay Ələkbər oğlu Babazadə — Azərbaycan televiziya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000)[1], Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent.
Oqtay Babazadə | |
---|---|
Oqtay Ələkbər oğlu Babazadə | |
Doğum tarixi | (83 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | Rejissor |
Oqtay Ələkbər oğlu Babazadə 1941-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə ADU-nu, 1979-cu ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institutunu bitirmişdir. 1959-cu ildən Dövlət Teleradio Verlişləri Şirkətində çalışır, ali dərəcəli rejissordur. Onun rejissorluq filmotekasina 150-dən çox bədii, musiqili, sənədli filimlər daxildir. O.Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlf beynəlxalq kino-video festivallarinda mükafatlara, diplom və prizlərə layiq görülmüşdür. "Hakim " (Tofiq Bəhrəmov), "Hücumçu həmişə irəlidədir" (Ələkbər Məmmədov), "Leyla və onun dostları", "Rənglərin ahəng i" (Toğrul Nərimanbəyov), "Uzaq və yaxın Lütvü Zadə " , "Alban abidələri" , "Alim" (Rafiq Əliyev) və s. filmlərin ekran həyatı bu mənada çox uğurlu olmuşdur.
Azərbaycan Kinematoqrafiya İttifaqının və Respublika Jurnalistlər Birliyinin üzvüdür.O.Babazadə gənc kadrların hazırlanmasında da səmərəli iş aparır – BDU və Mədəniyyət və İncəsənət Universitetlərin dosentidir. O.Babazadə "Respublikanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, Lütvü Zadə adina Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Əmək veteranıdır. Ailəlidir, bir oğlu, iki nəvəsi vardır.