. Love.az

Oqtay Guleliyev Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Oqtay Guleliyev Siyasetci
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Oqtay Güləliyev (27 iyun 1970, Bakı) — azərbaycanlı siyasətçi, hüquqşünas.

Oqtay Gülalıyev
Klassik Xalq Cəbhəsi Partiyası sədrinin strateji məsələlər üzrə müavini
SədrMirmahmud Mirəlioğlu
Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri
27 iyul 1995 – ?
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1970(1970-06-27) (54 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Klassik Xalq Cəbhəsi Partiyası
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti siyasətçi, vəkil, insan hüquqları fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

Oqtay Əligüşad oğlu Gülalıyev 1970-ci ildə Azərbaycan SSR Bakı şəhərində anadan olub. 1998-ci ildə Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və hüquqşünas kimi çalışıb.

2010-cu ildə Sabirabad rayonunda böyük daşqından əziyyət çəkmiş sakinlərin hüquq-müdafiə işi ilə məşğul olan "Kür" vətəndaş cəmiyyəti qərargahına rəhbərlik edib.

2012-ci ildə Gülalıyev bir qrup hüquq müdafiəçisi və keçmiş siyasi məhbusla birlikdə hüquq müdafiə təşkilatını — "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansını (SMAİA) yaradıb.[1]

2013-cü ildə Oqtay Gülalıyev Demokratik Qüvvələrin Milli Şurasından müxalifətin namizədi Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri olub.

2016-cı ildə Oqtay Gülalıyev Azərbaycanın siyasi məhbuslarının siyahısı üzərində işləyib. Onunla birlikdə siyahı üzərində xaricdə yaşayan hüquq müdafiəçisi Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov da çalışıblar.[2]

2017-ci il yanvarın 28-də O. Gülalıyev bundan öncə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyi və Siyasi Məhbusların Monitorinqi Mərkəzi tərəfindən yaradılmış işçi qrupunun bazasında yaradılan Siyasi Məhbusları Müdafiəsi Mərkəzinin (SMMM) koordinatorlarından biri olub.

Həmçinin bax

redaktə
  • Leyla Yunus

İstinadlar

redaktə
  1. ↑ ""Bakıda "Siyasi Məhbuslarsız Azərbaycan"" İctimai Alyansı yaradıldı" 12.09.12". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  2. ↑ "Siyasi məhbusların yenilənmiş siyahısında 162 ad vardır"". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Oqtay Gülalıyev ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Oqtay_Gülalıyev&oldid=7769817"
LOVE.AZ