Orleanlı Luiza Diana (fr. Louise-Diane d'Orléans; 27 iyun 1716[1][2], Paris – 26 sentyabr 1736[1][2]) — Orlean hersoqu II Filippin qızı, Konti şahzadəsi.
Orleanlı Luiza Diana | |
---|---|
fr. Louise d'Orléans | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyun 1716(1716-06-27)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 sentyabr 1736(1736-09-26)[1][2] (20 yaşında) |
Atası | II Filipp (Orlean hersoqu) |
Anası | Burbonlu Fransiska Mariya |
![]() |
27 iyun 1716-cı ildə dünyaya gəldi. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı Fransiska Mariyadır. Atasının uşaq kral XV Lüdovikin naibliyi dönəmində doğulan Luiza Diana mükəmməl saray təhsili aldı. Hələ 7 yaşında ikən atası vəfat etdi və qardaşı Lüdovik Orlean hersoqluğuna təyin olundu.
1731-ci ilin dekabrında Konti şahzadəsi Luiz Fransisklə evlənməsinə qərar verildi. Hər ikisi Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızlarının şəcərəsinə mənsub idi. Gəlin namizədinin 19 yanvar 1732-ci ildə vəftiz edilməsindən sonra, cütlük 22 yanvarda Versal sarayında evləndilər. Cütlüyün bu nigahdan 2 övladı olsa da, bunlardan yalnız ilki yetkinlik yaşına çatdı.
Luiza Diana 26 sentyabr 1736-cı ildə doğuş əsnasında vəfat etdi.