. Love.az

Orogen Dovr - Wikipedia - Love.az

Ana Səhifə - Orogen Dovr

Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır.

Mündəricat

  • 1 Geomorofloji termin
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Mənbə

Geomorofloji termin

redaktə

Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.[1]

Həmçinin bax

redaktə
  • Laxar brekçiyaları
  • Torpaq
  • Çalalı relyef

İstinadlar

redaktə
  1. ↑ Orogen dövr // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orogen_dövr&oldid=7881249"
LOVE.AZ