Orta Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Orta Qərvənd | |
---|---|
40°10′17″ şm. e. 47°04′05″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0227 |
Xəritəni göstər/gizlə
|
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib[3].
Sovet İttifaqından əvvəl bu kənd Qərvənd bəyliyinin (Kəkilbəylilər) bir hissəsi olub.
Sovet İttifqaqı dönəmində Orta Qərvənd kəndi Ağdamın Qərvənd sovetliyinə aid edilib və Agdam ərazisində ən böyük kolxoz olan Lenin adına Kolxozun ərazisinə daxil olub.
Birinci Qarabağ müharibəsi ərazində kəndi bir hissəsi işğal olunsa da, uzunmüddətli silahlı atışmalardan sonra 2005-ci ildə Ermənistan Silahlı Qüvvələri bu kəndi tərk edib, arxasındakı əkin sahəsini və Şıxlar kəndini tamamilə məhv edərək, Baş Qənvənddə mövqe qurular.
1994-cü ildən sonra Kənd Dağlıq Qarabağ təmas xəttinə yaxın yerləşdiyindən erməni əsgərləri buranı tez-tez atəşə tutur.
2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini, doqquz yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. Uşaq başından yaralanıb və xəstəxanaya aparılarkən vəfat edib.[4]
20.11.2020-ci il tarixində Qarabağ Atəşkəs Bəyanatına uyğun olaraq Orta Qərvənd yaxınlığındakı təmas xətti ləğv edilib və kəndin əkin sahəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |