. Love.az

Orta Qaracanli - Wikipedia - Love.az

Ana Səhifə - Orta Qaracanli
Bu adın digər istifadə formaları üçün bax: Qaraçanlı.

Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Orta Qaraçanlı
40°02′06″ şm. e. 46°02′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Orta Qaraçanlı xəritədə
Orta Qaraçanlı
Orta Qaraçanlı
Orta Qaraçanlı xəritədə
Orta Qaraçanlı
Orta Qaraçanlı

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Tarixi

redaktə

Orta Qaraçanlı kəndi Uluxan çayının (Tərtər çayının qolu) sahilində, Dağətəyi ərazidədir. Oykonim “ortada, mərkəzdə yerləşən Qaraçanlı kəndi” mənasındadır.[2]

Orta Qaraçanlı yaxud Uluxan Qaraçanlısı (Uluxan qalası) kəndi, Uluxan çayının (Tərtər çayının qolu) və qalasının sahilində, Dağətəyi ərazidədir. Qaraçanlı tayfası tərəfindən salınmış kəndlərdən biridir. Ümumi bilinən qeydlərə görə Qaraçor mahalı[3]nın ən böyük qruplarından biri (bəlkə də birincisi) olan Hacı Samlı camaatının bir qoludur. Digər bəzi qeydlərə görə Qaraçanlı tayfası Hacısamlılar, Bağırbəylilər, Nəbibəylilər, Şadmanlılar, Təhməzlilər, Karvanlılar, Peçeneqlər, Alməmmədlilər, Gəloxçular, Bayandurlular, Məzməzəklilər, Sultanlılar, Cəbrayılbəylilər, Şahsuvarbəylilər, Seyid Hacılar, Ağalarlılar və s. tayfalar kimi ayrı bir tayfadır[4]. Qaraçanlı tayfasından ayrılan qruplar Laçın rayonunda:

• Qaraçanlı Alaqaya

• Qaraçanlı Zeynallı

• Qorçu

• Qarabəyli

• Zağaltı (Alıbəyli)

• Oğuldərə

• Lolabağırlı (Lələbağırlı)

• Ərikli

• Güləbird

Kəndlərini (vəsair digər kəndlər) salmışlar . Daha sonra müəyyən bir hissənin Laçın rayonunun Qaraçanlı kəndindən Kəlbəcər rayonuna köçərək:

• Yuxarı Qaraçanlı

• Orta Qaraçanlı

• Aşağı Qaraçanlı

• Moz Qaraçanlı (Moz çayının sahili)

Kəndlərini salmışlar. Qaraçanlı ifadəsinin etimoloji kökünün Qaracalı[5] olduğu barədə fikirlər var. Qaraca/Karaca Avropa, Anadolu və Xəzər dənizinin sahillərində rast gəlinən gözəl görünüşlü bir cüyür (Capreolus capreolus) növüdür. Daha məntiqli və tutarlı fikirə görə Qaraçanlı tayfasının ilk düşərgəsinin Bazardüzü yaylaları olması səbəbilə tayfanın digər yerdən yox (misal olaraq Hacısamlıların Xorasandan gəldiyi qeyd edilir) Şimali Qafqazdakı Qaraçay/Karaçay xalqından ayrılaraq daha cənublara enməsi fikri var. Qaraçayların Qarça/Karça adlı şəxsdən gəldiyi barədə inancları var. Bəzi nəğmələrdə "Karçanı/Qarçanı oğulları" ifadəsi Karaçaylıların kökünü simvolizə edir. Bu ifadə daha sonralar Qarçanı'lar - Qaraçanı'lar - Qaraçan'lılar olaraq dəyişməsi yaxud Qaraçay'lı ifadəsi Qaraçan'lı olaraq "y"-nın "n"-ya dəyişməsi, baş verməsi mümkün haldır. Şimali Qafqazdan köç edən tayfa ilk düşərgə olaraq Qusar rayonu ərazisində (Bazardüzü yaylalarında) daha sonra Cənub-Qərbə köç edərək Qaraçor mahalına yerləşməsi və sonradan bölünərək tayfanın tarixi adı ilə yaxud oxşar adla, misal olaraq Karça/Qarça - Qorçu formasında yaxud da müxtəlif adlarda kəndlər salması daha tutarlı tarixi xronoloji ardıcıllıqdır. Qeyd edək ki, Qaraçan/Karaçan adlı kəndlər Türkiyədə və Qərbi Trakyada (Yunanstan-Şərqi Makedoniya) həmçinin mövcuddur[6]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Orta Qaraçanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. ↑ yenises.az. "Faiq ŞÜKÜRBƏYL : - Qaraçorlu mahalıİ". www.yenises.az (az.). 2022-12-23. İstifadə tarixi: 2025-05-26.
  4. ↑ "Nə Laçına, nə də laçınlılara layiq olduğu dəyər verilmədi". www.anl.az. İstifadə tarixi: 2025-05-26.
  5. ↑ Həmid, Tural. "Azərbaycan kürdləri". Azlogos (az.). 2020-06-12. İstifadə tarixi: 2025-05-26.
  6. ↑ "Karaçanlar – Simandra | Batı Trakya Köyleri". Batı Trakya Online | Batı Trakya Haber Ajansı (türk). 2015-09-27. İstifadə tarixi: 2025-05-26.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orta_Qaraçanlı&oldid=8150207"
LOVE.AZ