. Love.az

Ortaboy Tenbelcullut - Wikipedia - Love.az

Ana Səhifə - Ortaboy Tenbelcullut

Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü.

Ortaboy tənbəlcüllüt
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Gruimorphae
Dəstə:
Çovdarçıkimilər
Yarımdəstə:
Scolopaci
Fəsilə:
Tənbəlcüllütlər
Cins:
Tənbəlcüllüt
???:
Ortaboy tənbəlcüllüt
Beynəlxalq elmi adı
  • Gallinago media Con Latam, 1787[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  176704
NCBI  114734
EOL  45513587
FW  368017

Mündəricat

  • 1 Statusu
  • 2 Kateqoriyası
  • 3 Qısa təsviri
  • 4 Yayılması
  • 5 Yaşayış yeri və həyat tərzi
  • 6 Məhdudlaşdırıcı amillər
  • 7 Əhali üçün əhəmiyyəti
  • 8 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 9 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 10 İstinadlar
  • 11 Ədəbiyyat
  • 12 Xarici keçidlər

Statusu

redaktə

Nadirdir.

Kateqoriyası

redaktə

(EN). Təhlükə həddindədir.

Qısa təsviri

redaktə

Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır [3].

Yayılması

redaktə

Reproduktiv arealı Avropa və Asiyanın meşə zonasını, qismən də dağ tundranı əhatə edir. Qışlamaq üçün Cənub-Şərqi Asiya və Avstraliyaya qədər miqrasiya edir. Əsas qışlaq yeri Afrikadır [4]. Azərbaycanda miqrant populyasiyası qeyd edilib – apreldə və sentyabrda [5].

Yaşayış yeri və həyat tərzi

redaktə

Rütubətli çəmənlikdə, seyrək meşə və kolluqda məskunlaşır. Suya yaxın yerləri xoşlayır. Gecə və alatoranlıq vaxtda fəal olur. Cücü və bitki yeyir.

Məhdudlaşdırıcı amillər

redaktə

Azalmasının əsas səbəbi bataqlıqların qurudulmasıdır [6].

Əhali üçün əhəmiyyəti

redaktə

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ramsar, Bern, Bonn konvensiyalarına, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Azərbaycanın "Qırmızı Kitab"ına daxil etmək, əhaliyə tanıtmaq, miqrant populyasiyasının ovlanması hallarını ləğv etmək məsləhətdir.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
  4. ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
  5. ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
  6. ↑ Рябицев В.К. Птицы Урала, Приамурья и Западной Сибири. Екатринбург, Уральск. Университет, 2002, 605 с.

Ədəbiyyat

redaktə
  1. Babayev İ.R. Xəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması. Akademik M.Ə.Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, “Elm”, 2001, s. 307-309;
  2. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

redaktə
  • Gallinago media
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ortaboy_tənbəlcüllüt&oldid=5330595"
LOVE.AZ