. Love.az

Oruc Seda - Wikipedia - Love.az

Ana Səhifə - Oruc Seda

Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Oruc Səda
Oruc Təhməz oğlu Bayramov
Təxəllüsü Səda
Doğum tarixi 24 may 1934
Doğum yeri Saracıq, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 may 2016 (81 yaşında)
Vəfat yeri Horadiz, Azərbaycan
Dəfn yeri Horadiz, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Təhməz Bayramov
Anası Balhəyat Bayramova
Təhsili ADPU
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1956–2016
Əsərlərinin dili azərbaycanca
Janr şeir
İlk əsəri Analar (şeir)

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Ölümü
  • 4 Kitabları
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir.[1][2]

Yaradıcılığı

redaktə

Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir. Həmçinində şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.[3]

Ölümü

redaktə

Oruc Səda uzun sürən xəstəlikdən sonra, 16 may 2016-cı ildə Horadiz şəhərində vəfat etmişdir.

Kitabları

redaktə
  • Şeytan barmağı — 1994
  • Hələ şüşədədir divlərin canı —
  • Mavi nəğməli ömür —
  • Allah evi —
  • Qəmin heyrət zirvəsi — 2003

İstinadlar

redaktə
  1. ↑ "Oruc Səda yaradıcılığının sənətkarlıq xüsusiyyətləri". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  2. ↑ "Arxivlənmiş surət". 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  3. ↑ "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.

Mənbə

redaktə
  • Oruc Səda. Qəmin heyrət zirvəsi. Bakı: "Şirvannəşr" nəşriyyatı, 2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Oruc_Səda&oldid=7387465"
LOVE.AZ