. Love.az

Orxan Murselov - Wikipedia - Love.az

Ana Səhifə - Orxan Murselov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Mürsəlov.

Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı.[1]

Orxan Mürsəlov
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
11 avqust 2022-ci ildən
Əvvəlkiİbrahim Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1986(1986-07-26) (38 yaş)
Doğum yeri
  • Bryansk, Bryansk vilayəti, RSFSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2004–2008),
  • Azərbaycan Dövlət İqtisad Universiteti (2010–2012)
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır.

Siyasi fəaliyyəti

redaktə

Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.[2] O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  2. ↑ "Yeni icra başçısı kimdir?". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-07.

Xarici keçidlər

redaktə
  • Orxan Mürsəlov
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orxan_Mürsəlov&oldid=7988388"
LOVE.AZ