Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Orxan Fikrətoğlu (Sadıqov Orxan Fikrət oğlu; 21 mart 1966, Bakı) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist,Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Baş Direktorunun sabiq müşaviri (2025)[1], Mədəniyyət naziri müşaviri
Orxan Fikrətoğlu | |
---|---|
Orxan Fikrət oğlu Sadıqov | |
Doğum adı | Orxan Sadıqov |
Doğum tarixi | 21 mart 1966(1966-03-21) (59 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Fikrət Sadıq |
Anası | Sevil Sadıqova |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları |
![]() |
![]() |
Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983–1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii , üç publisitik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb.
Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib. Ssenariləri əsasında onlarla film çəkilib.
2023-cü ildə Mədəniyyət nazirinin müşaviri təyin edilib. Həmçinin həmin ilin dekabr ayından Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsini icra edib.[2]
2025-ci ilin aprelində Mədəniyyət nazirinə müşavir təyin olunub.[3]
Şair Fikrət Sadığın oğludur. Ailəlidir. Bir qızı var.
Vikianbarda Orxan Fikrətoğlu ilə əlaqəli mediafayllar var. |