. Love.az

Osman Beyazid Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Osman Beyazid Efendi

Osman Bəyazid Osmanoğlu (23 iyul 1924, Paris – 6 yanvar 2017, Nyu-York, Nyu-York ştatı) — Osmanlı sülaləsinin doqquzuncu rəisi, Osmanlı şahzadəsi.

Osman Bəyazid Əfəndi
عثمان بايزيد أفندي
Osmanlı sülaləsinin 9-cu rəisi
26 sentyabr 2009 – 6 yanvar 2017
ƏvvəlkiƏrtoğrul Osman Əfəndi
SonrakıDündar Əli Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1924
Doğum yeri Paris, Fransa
Vəfat tarixi 6 yanvar 2017 (92 yaşında)
Vəfat yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
Dəfn yeri
  • Fernkliff qəbiristanlığı[d]
Atası İbrahim Tofiq Əfəndi
Anası Xədicə Şadiyə xanım
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Həyatı

redaktə

Osman Bəyazid Əfəndi 1924-cü ildə Parisdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcidin oğlu Mehmed Burhanəddin Əfəndinin oğlu İbrahim Tofiq Əfəndidir. Anası isə Xədicə Şadiyə xanım idi. Osmanlı sülaləsinin sürgündə dünyaya gələn ilk üzvüdür. 1930-cu ildə atası ilə anası ayrılmış, Bəyazid Əfəndi anasıyla birlikdə Nyu-York şəhərinə köçmüşdür. Burada ABŞ Silahlı Qüvvələrində xidmət etmiş, Nyu-Yorkda müxtəlif dillərdə fəaliyyət göstərən kitabxanada çalışmışdır.

23 sentyabr 2009-cu ildə Ərtoğrul Osman Əfəndinin vəfatının ardından Osmanlı sülaləsinin rəisi elan olundu. Osman Bəyazid Əfəndi evlənmədi və övladı olmadı. 6 yanvar 2017-ci ildə Nyu-Yorkda vəfat etdi.

Mənbə

redaktə
  • John James (ed.). Almanach de Gotha (2013 ed.). BOYE6. ISBN 978 0 9575198 24
  • http://www.dailysabah.com/turkey/2017/01/07/last-heir-to-former-ottoman-empire-bayezid-osman-dies-at-age-92
  • http://www.haberturk.com/gundem/haber/1345654-osman-bayezid-osmanoglu-kimdir
  • Buyers, Christopher. "The Imperial House of Osman: Genealogy"
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Osman_Bəyazid_Əfəndi&oldid=6907558"
LOVE.AZ