Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Otel otağı | |
---|---|
Janr | Dram |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Fəxrəddin Manafov-Kərim Rasim Balayev-Sədiyar Muxtar Maniyev-Çopur Cabbar Akif Məhərrəmov-Əsgər A. Heydərova-Tamilla Ayan Mirqasımova-Rəna |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssamlar | Rafiz İsmayılov, Rafiq Nəsirov |
İstehsalçılar |
"Azərbaycanfilm" Kinostudiyası "Ocaq" Studiyası |
İlk baxış tarixi | 1998 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 89 dəq. |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 1998 |
Texniki məlumatlar |
10 hissə 2590 metr 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri |
Bakı İstanbul, Türkiyə |
IMDb | ID1510821 |
Filmdə qırmızı terrordan tutmuş, bu günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır.
Əsərin baş qəhrəmanı — alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda — 30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbi ilə keçirdikləri sarsıntılar əks olunmuşdur.