Otello qəsri (yun. Πύργος του Oθέλλου, türk. Othello Kalesi) və ya Otello qülləsi ― Kiprin Famaqusta şəhərində yerləşən qəsr. 14-cü əsrdə Kipr kralları tərəfindən inşa edilmiş və daha sonra venesiyalılar tərəfindən dəyişdirilmişdir. Qəsrin müasir adı Şekspirin "Otello " pyesi ilə bağlıdır.[1][2]
Otello qəsri | |
---|---|
![]() | |
Yer haqqında informasiya | |
Vəziyyəti | Sağlam |
Tikinti yerinin tarixi | |
Tikilib | 14-cü əsr 15-ci əsrin sonu (dəyişikliklər) |
İnşaatçı | Kipr krallığı Venesiya Respublikası (dəyişikliklər) |
Materiallar | Qumdaşı |
![]() |
Otello qəsri XIV əsrdə limanı ehtimal olunan düşmən hücumlarından qorumaq üçün Kipr kralları tərəfindən inşa edilmişdir. Bura həm də Famaqustanın əsas girişi olaraq istifadə edilmişdir. Qəsr əvvəllər "keçilməz qala" adlanırdı, çünki ətrafındakı çox dərin xəndəklər səbəbiylə buraya hücum etmək mümkün deyildi.
Kipr Venesiya Respublikasına satıldıqdan sonra qəsrin kvadrat qüllələri daha müasir topçulara uyğun olması üçün dairəvi bürclərlə dəyişdirildi. Bu dəyişikliklərdən sonra qəsrin əsas girişinin üstündə Müqəddəs Mark Aslanı relyefi həkk olundu. Relyefin yaxınlığında qəsrdəki dəyişiklikləri istiqamətləndirən kapitan Nikolo Foskarinin adı və 1492-ci il tarixi yazılmışdır. Görünür qəsrin təmir edilməsini 1481-ci ildə Leonardo da Vinçi məsləhət görmüşdür. Qəsr adını hadisələrin Kiprin liman şəhərlərindən birində baş verdiyi Şekspirin məşhur "Otello" pyesindən almışdır.[3]
1900-cü ildə malyariya riskini azaltmaq üçün qəsrin xəndəyinin suyu boşaldıldı.[4]
Otello qəsri 2014-cü ildə bərpa olunmağa başlamış[5] və 3 iyul 2015-ci ildə yenidən ictimaiyyətə açışlmışdır.[6]
Qəsrin ətrafında dörd dairəvi qüllə yerləşir. Burada Kipr krallığı dövründə inşa edilmiş yeməkxana və yataqxana mövcuddur. Qalanın həyətində, təlatümlü tarixinin yadigarları olan ispan və osmanlılara məxsus toplar var.
Hal-hazırda Otello qəsrinə istinad edən və onunla əlaqəli olan çağdaş nəsr ədəbiyyatının yeganə parçası Dean Kerrison tərəfindən yazılmış "Yaşıl gözlü bədheybətin gündəliyi" adlı yaradıcı qeyri-bədii hekayədir.[7]
The tower's name stems from a vague link [...] which has a modest stage note referring to 'a seaport in Cyprus'.Qeyd: Otello, akt 2, səhnə 1 Arxivləşdirilib 2013-05-29 at the Wayback Machine.