. Love.az

Otto Smidt Burnu - Wikipedia - Love.az

Ana Səhifə - Otto Smidt Burnu

Otto Şmidt burnu— Çukot dənizi akvatoriyasında Lonq boğazında yerləşın burun.

Otto Şmidt burnu
Yerləşməsi
68°55′14″ şm. e. 179°27′12″ ş. u.HGYO
Akvatoriya Sakit okean, Şimal Buzlu okean
Ölkə  Rusiya
Otto Şmidt burnu xəritədə
Otto Şmidt burnu
Otto Şmidt burnu

Burunda Şmidt Burnu qəsəbəsi və Rırkaypiy kəndi mövcuddur. 2014-ci ildə hərbi şəhərcik salınmışdır[1][2].

Mündəricat

  • 1 Tarixi
  • 2 Təbiətin qorunması
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

Burun ilk dəfə 1778-ci ildə Ceyms Kuk tərəfindən aşkarlanmışdır və Nordkap («Şimal burnu») olaraq adlandırılmışdır. Yerli əhali burnu İr-Kappeya adlandırırlar. 1934-ci ildə burun məşhur sovet qütb araşdırmaçısı Otto Şmidtin şərəfinə adlandırılır.

Şmidt burnunda Neolit dövrünə aid qədim ovçuların alətləri aşkarlanmışdır. Burada hətta Çukçalara məxsus olan qalaça olmuşdur[3].

 

Təbiətin qorunması

redaktə

2010-ci ildə burunda yerli əhəmiyyətli qoruq ərazi təşkil edilir. Layihənin məqsədi dünyanın ən böyük Morj yerləşim yerlərinin və ağ ayıların qorunması olmuşdur[4].

Həmçinin bax

redaktə
  • Vankarem burnu

İstinadlar

redaktə
  1. ↑ "Arktikada Rusiyanın ikinci hərbi şəhərciyi salınmışdır". 2015-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
  2. ↑ Спецстрой России: около 1,5 тысяч рабочих строят военные объекты в шести точках Арктики Arxivləşdirilib 2015-12-23 at the Wayback Machine (rus.)
  3. ↑ Valeri Kupeski. Otto Şmidt burnu Arxivləşdirilib 2012-04-08 at the Wayback Machine // «Qütb ulduzu» qəzeti, 3 oktyabr 1991 il.
  4. ↑ "Çukot Muxtar Dairəsinin rəsmi saytı". 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Otto_Şmidt_burnu&oldid=6674830"
LOVE.AZ