. Love.az

Otto Stern - Wikipedia - Love.az

Ana Səhifə - Otto Stern
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Otto.

Otto Stern (alm. Otto Stern‎; 17 fevral 1888[1][2][…] – 17 avqust 1969[3][1][…], Berkli, Kaliforniya) — Alman fiziki. 1943-cü il Nobel Fizika Mükafatı laureatı.

Otto Ştern
alm. Otto Stern‎
Doğum tarixi 17 fevral 1888(1888-02-17)[1][2][…]
Vəfat tarixi 17 avqust 1969(1969-08-17)[3][1][…] (81 yaşında)
Vəfat yeri
  • Berkli, Alamida qraflığı, Kaliforniya, ABŞ
Elm sahəsi fizika
İş yerləri
  • Hamburq Universiteti[d],
  • Berkli Kaliforniya Universiteti,
  • Karnegi Mellon Universiteti,
  • Rostok Universiteti,
  • İsveçrə Federal Texnologiya İnstitutu
Təhsili
  • Vrotslav Universiteti[d],
  • İohann Volfqanq Göte adına Frankfurt Universiteti
Üzvlüyü
  • Danimarka Kral Elmlər və Ədəbiyyat Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d][4],
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Göttingen Elmlər Akademiyası[d]
Mükafatları Fizika üzrə Nobel mükafatı (İsveç) — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniya İmperiyasının Zorau şəhərində doğulmuşdur (indiki Polşa ərazisində). Təhsilini Breslau Universitetində tamamlamış, fizika və kimya sahəsində doktorluq müdafiə etmişdir. Rostok Universitetində professor olaraq çalışmış, 1923-cü ildə Hamburq Universitetinə keçmişdir.

Nasizm dövründə Karnegi Texnologiya Universitetinə keçmiş və dərhal sonra Kaliforniyanın Berkli Universitetində də işlərinə davam etmişdir.

Ştern təcrübəli fizik idi. Molekulyar dalğa metodunun inkişaf etdirilməsi üçün çalışmışdır. Atom maqnit hərəkət ölçümləri, atom və molekulların təbii hərəkətlərinin izlənməsi, protonun maqnit hərəkətinin kəşfi də onun xidmətləri sırasındadır. Buna görə 1943-cü ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Otto (1888-1969) Stern // Frankfurter Personenlexikon. 2014.
  2. ↑ 1 2 Otto Stern // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 Штерн Отто // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ NNDB (ing.). 2002.

Xarici keçidlər

redaktə
  • Otto Şternin bioqrafiyası
  • Otto Ştern Məktəbi (Frankfurt)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Otto_Ştern&oldid=6477265"
LOVE.AZ