Ovçu ilə itin və tülkünün hekayəti — Nizami Gəncəvinin birinci poeması "Sirlər xəzinəsi"nin 6-cı məqalətin hekayəsi.
Ovçu, it və tülkü | |
---|---|
Müəllif | Nizami Gəncəvi |
Janr | Hekayə |
Mövzu | Varlığın qüdrəti |
Orijinalın dili | fars |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1174-1175 |
Tərcüməçi | Süleyman Rüstəm |
Əvvəlki | Kərpickəsən qocanın hekayəti |
Sonrakı | Firidun şahın ceyran ovu hekayəti |
"Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir.[1] Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb[2].
Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbir edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbir edirsən. Eşitdim sənin vəfalı cəsur dostun dünyadan köç edib. Vaxtı ilə ləzzətli xörəklər çox yesən də artıq olmayacaq.[3] Yarımçıq kədərli həyat səni gözləyir. Ovçu tülküyə baxaraq dedi: Çox sevinmə Tülkü, hər qaranlıq gecənin bir sabahı var. Əgər çətinliyə, dara düşürüksə deməli gözəl günlər qarşıdadı, çünki xeyir və şər bir-birini qovalayır hər zaman[4]. Elə ovçu sözünü bitirmişdi ki, uzaqdan toz duman göründü. İt gələrək öncə ovçunu arxasını, önünü dolnaraq, qəflətən tülkünün qasığından yapışdı və yiyəsinə dönərək dedi: Bir az gecikdim deyə məni pislədinmi!?
Kim sədaqəlidirsə onun həyatı saədət ilə dolu olar. Ruzini hər zaman Allahdan istə, çünki ruzimiz yetirən odur![5]
"Ovçu ilə iti və tülkünün" hekayəsi Nizaminin digər hekayələri kimi ibrətamiz xarakter daşıyır.[6] Hekayə dürüstlüyün, sədaqətin tərənnümüdü. Allaha inanaraq səbir etməyin nəticəsi mükafatdır[7].