. Love.az

Ozu Qesri - Wikipedia - Love.az

Ana Səhifə - Ozu Qesri

Ozu qəsri (大洲城, Ōzu-jō?) və ya Cizoqatake qəsri (地蔵ヶ嶽城, Jizō-ga-take-jō?) — Yaponiyanın Ehime prefekturasının Ozu şəhərində yerləşən qəsr. Qəsr 1331-ci ildə memar Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. 1888-ci ildə qəsrin donjonu (天守, tenşu?) məhv olmuşdur, amma 2004-cü ildə yenidən bərpa edilmişdir.

Ozu qəsri
yap. 大洲城
Xəritə
33°30′36″ şm. e. 132°32′24″ ş. u.HGYO
Ölkə  Yaponiya
Şəhər Ozu, Ehime prefekturası
Memar Utsunomiya Toyofusa
Tikilmə tarixi İnşası: 1331
Bərpası: 2004
Rəsmi sayt ozucastle.jp
Ozu qəsri (Yaponiya)
Nöqtə
Ozu qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarix
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarix

redaktə

Ozu qəsri 1331-ci ildə Utsunomiya Toyofusa tərəfindən tikilmişdir. Lakin qəsrin indiki halı 1585-1617-ci illərdə inşa edilmişdir. Bu dövrdə qəsr Vakisaka Yasuharu, Kobayakava Takakaqe, Todo Takatora və Toda Katsutaka kimi hökmdarlar tərəfindən istifadə olunmuşdur. 1617-ci ildə qəsr Kato Sadayasu tərəfindən ələ keçirilmiş və qəsr Meyci dövrünə qədər Kato klanının nəzarəti altında olmuşdur. 1888-ci ildə qəsrin donjonu yanğın nəticəsində məhv olmuşdur, amma dəhlizlərlə donjonla əlaqələnən iki yaqura (qüllə) salamat qalmışdır. İkinci dünya müharibəsində qəsrə bomba düşmüşdür. 2004-cü ildə donjon və yaquralarla əlaqələnən dəhlizlər bərpa olunmuşdur. Yaquralarda və donjonda qəsrin tarixindən bəhs edən kiçik muzey açılmışdır.[1]

Qalereya

redaktə
  •  
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ Turnbull, Steven. Japanese Castles 1540-1640 (Fortress). Osprey Publishing. 2003. ISBN 978-1-84176-429-0.
  • Motoo, Hinago. Japanese Castles. Tokyo: Kodansha. 1986. 200 pages. ISBN 0-87011-766-1.

Xarici keçidlər

redaktə
  Vikianbarda Ozu qəsri ilə əlaqəli mediafayllar var.
  • Ozu qəsrinin profili Arxivləşdirilib 2008-07-05 at the Wayback Machine  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ozu_qəsri&oldid=6517170"
LOVE.AZ