Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Pənah Allahverdi oğlu Həsənov (9 may 1930, Böyük Gilanlar – 14 aprel 1992, Bakı) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycan SSR pambıq ustası (1966), SSRİ Dövlət mükafatı laureatı (1980).
Pənah Həsənov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 may 1930(1930-05-09) |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1992(1992-04-14) (61 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 14 aprel 1992-ci ildə vəfat etmişdir.
Pənah Həsənov Vedi, İmişli rayonlarında kolxozçu olmuşdur.
Pənah Həsənov SSRİ Ali Sovetinin (8–10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur.[1]
Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. 1980-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur.
Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.