. Love.az

Palm Sprinqs Film 2020 - Wikipedia - Love.az

Ana Səhifə - Palm Sprinqs Film 2020

Palm Sprinqs (ing. Palm Springs) — Endi Siaranın yazdığı, Maks Barbakovun rejissorluq etdiyi 2020-ci il istehsalı olan elmi fantastik romantik komediya filmi. Filmin baş rollarında Endi Semberq (filmin ortaq prodüseri), Kristin Milioti və Cey Key Simmons çəkilib. Filmdə Palm-Sprinqsdəki toy mərasimində tanış olan iki şəxsin zaman döngəsində ilişib qalmaları göstərilir.

Palm Sprinqs
ing. Palm Springs
Janr komediya filmi
Prodüser
  • Endi Semberq[d]
Baş rollarda
  • Endi Semberq[d]
  • Kristin Milioti[d]
  • C. K. Simmons[d]
  • Taylor Heklin
  • Deyl Dikki[d]
Montajçı Metyu Fridman[d]
Distribütor Mozinet[d][1], Hulu[d], Neon[d]
İlk baxış tarixi 26 yanvar 2020 (Sandens)
10 iyul 2020 (ABŞ)
4 mart 2021 (Honq Konq)
Müddət 90 dəqiqə
Büdcə $5 milyon
Gəlir $1.5 milyon
Ölkə ABŞ
Dil ingilis dili
Çəkiliş yeri Kaliforniya
IMDb ID9484998

Palm-Sprinqs filminin ilk təqdimatı 26 yanvar 2020-ci ildə Sandens Film Festivalında oldu, eyni vaxtda Hulu-da və 10 iyul 2020-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda nümayiş olundu. Film aktyor heyətinin roluna və konseptdən istifadəsinə görə yüksək qiymətləndirildi. 78-ci Qızıl qlobus mükafatlarında iki nominasiya qazandı: Ən Yaxşı Film – Musiqili və ya Komediya və Ən Yaxşı Film Aktyoru. Digər mükafatlar arasında 26-cı Tənqidçilərin seçimi mükafatlarında ən yaxşı komediya mükafatını qazandı.

İstinadlar

redaktə
  1. ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Palm-Sprinqs_(film,_2020)&oldid=7588699"
LOVE.AZ