. Love.az

Pambiq Yagi - Wikipedia - Love.az

Ana Səhifə - Pambiq Yagi

Pambıq yağı — pambıq toxumundan (çiyiddən) presləmə və ya eksqraksiya üsulu ilə alınan alifatik yağ.

Çox işlədilən bitki yağlarındandır. Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır. Onda alifatik turşulardan 40–48% linol, 30–35% olein, 20–22% palmitin, 2%-ə qədər stearin, 1,3% araxin, 0,3–0,4% miristin turşusu olur. Əlif isteh-salında, təmizlənmişi isə xörəkdə, konserv, marqarin, bəzi yağ çeşidləri və s. hazırlanmasında işlədilir. Azərbaycanda hər il min tonlarla pambıq yağı istehsal edilir.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pambıq_yağı&oldid=7303466"
LOVE.AZ