. Love.az

Panqolinler - Wikipedia - Love.az

Ana Səhifə - Panqolinler
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 110 dəqiqə əvvəl Sortilegus (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan cinsi.

Panqolinlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pholidotamorpha
Dəstə:
Pholidota
Yarımdəstə:
Eupholidota
Fəsiləüstü:
Manoidea
Fəsilə:
Manidae
Yarımfəsilə:
Maninae
Cins:
Panqolin
Beynəlxalq elmi adı
  • Manis L., 1758[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  584905
NCBI  9973
EOL  12999

Əvvəllər panqolinlərin bədən quruluşlarına görə qarışqayeyənlər, armadillər və ərincəklər ilə qohum olduqları düşünülsə də, müasir molekulyar araşdırmalar panqolinlərin ətyeyən heyvanlar ilə (şir, ayı, qurd və s.) daha yaxın qohum olduğunu göstərdi[3].

Oyuq kimi yerlərdəyaşayan panqolinlər, adətən tək gəzir və sadəcə cütləşmək üçün başqa bir panqolin axtarırlar. Panqolin ilk bir dəfə 1-3 arası bala doğur[4].

Mündəricat

  • 1 Yayılması
  • 2 Növləri
  • 3 Bədən quruluşu
  • 4 Qidalanması
  • 5 Etimologiya
  • 6 İnanclarda yeri
  • 7 Sayı
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Yayılması

redaktə

Panqolinlər çəmənlik, savanna, yağış meşələri kimi olduqca fərqli yaşayış şəraitlərinə uyğunlaşa bilər. Bir neçə yarlmnövə bölünən panqolinlər Afrikada (Sahara səhrasından cənubda), cənub, cənub-şərqi Asiyada (Çin, Sunda, Hindistan və Filippin) yaşayır.

Növləri

redaktə

Afrikada 4 panqolin növü yayılıb: nəhəng panqolin, qaraqarınlı pandolin, ağqarınlı panqolin və Temmiksin panqolini (yumru panqolin)[5].

Bədən quruluşu

redaktə

Panqolinin bədəninin üst tərəfi sərt keratin pulcuqlar ilə əhatə olunub. Quyruğu isə tamamilə pulcuqlar ilə əhatə olunub. Bu pulcuqlar müdafiə məqsədli olub, pandolini ovçulardan qoruyur. Panqolin hər hansı bir təhlükə hiss etdikdə top formasını alır və keratin pulcuqları onu qoruyur. Pulcuqsuz olan qarın hissəi və ayaqlarının iç tərəfləri pulcuqsuz və qıllıdır. Pulcuklu hissələrində isə qıl yoxdur. Pulcuqlar panqolinin bədən ağırlığının təqribi 20%-i təşkil edir[6].

Başı uzunsovdur, körpücük sümüyü yoxdur. Ətrafları qazmaq üçün uyğunlaşıb. Qabaq və arxa ayaqlarında 5 barmaq və barmaqlarında uzun dırnaqlar var. Bu dırnaqlar torpağı qazmağa, həşərat yuvalarını dağıtmağa xidmət yarayır.

Pandqolinlərin görmə qabiliyyəti olduqca zəif inkişaf edib.Gözləri balacadır və sərt göz qapaqları ilə əhatə olunub. Bu quruluş panqolinin gözlərini qidalanan zaman həşərat hücumlarından qoruyur[7]. Panqolinlər ovlarını iybilmə və eşitmə ilə tapır.

Qidalanması

redaktə

Panqolin gecə ovlanan yırtıcı heyvandır. Qarışqayeyənlər kimi uzun və yapışqan dillərindən istifadə edərək qarışqa və bənzər həşaratlar, yumurta, pup və s. ilə qidalanır[8]. Dişləri yoxdur. Panqolinlər qidalanan zaman həşəratlardan qorunmaq üçün qulaq və burun dəliklərini bağlayır[9]. Panqolinlər həşərat və cücü sayının tənzimlənməsindən önəmli rola sahibdir.

Etimologiya

redaktə

Malay dilindən tərcümədə panqolin "diyirlənən" deməkdir[10].

İnanclarda yeri

redaktə

Afriakda panqolinin yaxşı şans və yağış gətirdiyinə inanılır[11].

Sayı

redaktə

Panqolinlər Çin mətbəxindən və ənənəvi Çin təbabətində istifadə olunur. Pulcuqlar pulcuqların və ətlərinə görə də tez-tez ovlandıqlarında sayları kəskin formada azalır və bu səbəbdən Beynəlxalq Təbiəti Mühafizə Birliyi panqolini qırmızı siyahıya daxil edib[12]. Bu məsələyə diqqət çəkmək üçün hər il fevraı ayınıb 3-cü şənbə günü Dünya Panqolin Günü kimi qeyd olunur[13].

2016-cı ildə 180 hökumət birlikdə razılığa gələrək elan ediblər ki, bu ölkələrdə panqolin ovu qadağan edilir və panqolinlərin qorunmasına dövlət səviyyəsində diqqət artırılacaq [14].

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
  2. ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. ↑ https://evrimagaci.org - Pangolin Nedir?İstifadə tarixi:06.05.2025
  4. ↑ https://www.ifaw.org/journal - Pangolins.İstifadə tarixi:28.04.2025
  5. ↑ https://africanpangolin.org - The four African pangolin species.İstifadə tarixi:27.04.2025
  6. ↑ https://bilimteknik.tubitak.gov.tr - Pullu Memeli Hayvan İstifadə tarixi:14.05.2025
  7. ↑ https://www.twinkl.com.tr - Pangolin.İstifadə tarixi:28.04.2025
  8. ↑ https://www.barnievet.com.tr - Pangolin nasıl bir hayvan?İstifadə tarixi:28.04.2025
  9. ↑ https://kids.nationalgeographic.com - Pangolin.İstifadə tarixi:28.04.2025
  10. ↑ https://www.wwf.org.uk - Top 5 facts about Pangolins.İstifadə tarixi:28.04.2025
  11. ↑ https://africanpangolin.org - Pangolinİstifadə tarixi:27.04.2025
  12. ↑ https://pangolincrisisfund.org - Pangolin.İstifadə tarixi:28.04.2025/
  13. ↑ https://www.ifaw.org/international - World pangolin day 2025: saving the world’s most trafficked mammal.İstifadə tarixi:28.04.2025
  14. ↑ https://www.worldwildlife.org - What is a pangolin?İstifadə tarixi:06.05.2025

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Panqolinlər&oldid=8155476"
LOVE.AZ