. Love.az

Paralimpiya Oyunlari - Wikipedia - Love.az

Ana Səhifə - Paralimpiya Oyunlari

Paralimpiya Oyunları — Əlilliyi olan insanlar üçün beynəlxalq idman oyunları. Ənənənvi olaraq Olimpiya Oyunlarından sonra elə o oyunların idman obyektlərində keçirilir.2001-ci ildə bu praktika Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi arasında bağlanan sazişdə öz əksini tapıb. Yay Paralimpiya Oyunları 1960, Qış Paralimpiya Oyunları isə 1976-cı ildən keçirilir.

Iuhy
Paralimpiya oyunlarının emblemi

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır.

1960-cı ildə Romada keçirilən 1-ci Paralimpiya Oyunlarında 23 ölkənin 400 idmançısı iştirak etmişdir.

1988-ci il Seul Yay Oyunlarından və 1992-ci il Albervil Qış Oyunlarından başlayaraq Paralimpiya Oyunları, Olimpiya Oyunları ilə eyni yerdə və eyni ildə keçirilməyə başlamışdır.

2000-ci il XII Sidney 11-ci Yay Paralimpiya Oyunlarında 127 ölkədən 4000 idmançı altı əlillik qrupunda, 18 idman növündə təmsil olunmuşdu. Bu Beynəlxalq Paralimpiya Hərəkatı tarixində rekord göstərici idi.

Həmçinin bax

redaktə
  • Azərbaycan Milli Paralimpiya Komitəsi

Mənbə

redaktə
  • Paralimpiya oyunları Arxivləşdirilib 2008-01-03 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  • Rəsmi IPC Saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Paralimpiya_Oyunları&oldid=8132148"
LOVE.AZ