Penni Marşal (ing. Penny Marshall; 15 oktyabr 1943[1][2][…], Bronks, Nyu-York ştatı – 17 dekabr 2018[2][3][…], Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, film rejissoru və prodüser. O, ən çox "Laverne & Shirley" (1976–1983) adlı televiziya sitkomundakı Laverne De Faziyo rolu ilə tanınır. Bu rola görə üç dəfə "Ən Yaxşı Aktrisa – Musiqili və ya Komedik Televiziya Serialı" nominasiyasında Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.[4][5][6][7][8][9] [10][11]
Penni Marşal | |
---|---|
ing. Carole Penny Marshall | |
![]() | |
Doğum tarixi | 15 oktyabr 1943(1943-10-15)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 dekabr 2018(2018-12-17)[2][3][…] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, yazıçı, kaskadyor, müğənni, rəqqasə, səsləndirmə aktrisası[d], komediyaçı, kino aktrisası, televiziya aktrisası, rejissor, aktrisa |
Fəaliyyət illəri | 1968–2011 |
![]() |
Marşall rejissor kimi debütünü "Jumpin' Jack Flash" (1986) filmi ilə etmişdir. Ardınca çəkdiyi "Big" (1988) filmi ABŞ-da 100 milyon dollardan çox gəlir əldə edən ilk qadın rejissor filmi olmuşdur. Onun rejissoru olduğu digər filmlər arasında "Awakenings" (1990) var ki, bu film "Ən Yaxşı Film" nominasiyasında Oskar mükafatına namizəd olmuşdur. Digər məşhur işlərinə "A League of Their Own" (1992), "Renaissance Man" (1994), "The Preacher's Wife" (1996) və "Riding in Cars with Boys" (2001) daxildir.[12] [13][14][15][16][17]
O, həmçinin "Cinderella Man" və "Bewitched" (hər ikisi 2005) filmlərinin prodüseri olmuş və "According to Jim" və "United States of Tara" kimi televiziya seriallarının bəzi bölümlərinə rejissorluq etmişdir.[18]