. Love.az

Pepe Futbolcu - Wikipedia - Love.az

Ana Səhifə - Pepe Futbolcu
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Pepe.

Kepel Laveran Lima Fereyra vəya Pepe (26 fevral 1983[1][2], Maseyo[d]) — Portu və Portuqaliya millisinin müdafiəçisi. Pepe əslən braziliyalı portuqal futbolçu.

Pepe
port. Pepe
Ümumi məlumatlar
Doğum tarixi 26 fevral 1983(1983-02-26)[1][2] (42 yaş)
Doğum yeri
  • Maseyo[d], Alaqoas, Braziliya
Vətəndaşlığı
  •  Portuqaliya
  •  Braziliya
Boyu 1.87 m
Çəkisi 81 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub PortuqaliyaPorto
Nömrəsi 3
Karyerası
Gənclik karyerası
1995—2001 Korinthians Alaqoano
Klub karyerası[* 1]
2001—2002 Portuqaliya Maritimo 14 (1)
2002—2004 Portuqaliya Maritimo 63 (3)
2004—2007 Portuqaliya Portu 64 (6)
2007—2017 İspaniya Real Madrid 229 (13)
2017—2018 Türkiyə Beşiktaş 33 (5)
2019—h.h. Portuqaliya Portu 120 (7)
Milli yığma[* 2]
2007—h.h.  Portuqaliya 134 (8)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 yanvar 2024 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 yanvar 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Maritimo
    • 1.2 Portu
    • 1.3 Real Madrid
    • 1.4 Beşiktaş
  • 2 Milli komanda karyerası
    • 2.1 Milli komandada oyunlar
    • 2.2 Milli komandada qollar
  • 3 Uğurları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Klub karyerası

redaktə

Maritimo

redaktə

Pepe peşəkar futbol karyerasına 18 yaşında Portuqaliyada start verdi. 2001/2002 mövsümünün ikinci yarısında "Maritimo" klubunun B komandasında çıxış etməyə başladı və Portuqaliya 3-cü liqasında təcrübə qazandı. Gənc müdafiəçi ilk rəsmi oyununa 20 yanvar 2002-ci ildə CSD komandası ilə qarşılaşmada çıxaraq, bütün 90 dəqiqəni meydanda keçirdi.

Pepe qısa müddətdə A komandanın diqqətini cəlb etməyi bacardı. 12 aprel 2002-ci ildə "Boavişta"ya qarşı keçirilən oyunda ilk dəfə əsas heyətdə meydana çıxaraq "Maritimo"nun A komandasında debüt etdi. Bu, onun yüksək səviyyəli futbolda ilk ciddi addımı oldu.

2002/2003 mövsümündə artıq "Maritimo"nun əsas heyətinin əvəzolunmaz üzvünə çevrildi. Mövsüm ərzində 29 oyunda iştirak edən Pepe, müdafiəçi olmasına baxmayaraq, aqressiv oyun tərzi ilə seçildi – o, bu müddətdə 16 sarı və 2 qırmızı vərəqə aldı. 9 noyabr 2002-ci ildə "Braqa"ya qarşı keçirilən və "Maritimo"nun 3–0 hesabı ilə qalib gəldiyi qarşılaşmada isə karyerasının ilk qolunu vurdu.

Mövsüm başa çatdıqdan sonra Pepe Portuqaliyanın nəhəng klublarından biri olan "Sportinq Lissabon" ilə məşqlərə qatıldı. Lakin təxminən iki həftə sonra bu klubla yolları davam etmədi və o, "Maritimo"ya geri döndü.

Portu

redaktə
 
Pepe Portu'da

2004-cü ildə Pepe karyerasında böyük bir addım ataraq 1 milyon avro qarşılığında Portuqaliyanın ən böyük klublarından biri olan "Portu"ya transfer olundu. Bu transfer onun üçün yeni imkanların və böyük uğurların başlanğıcı oldu.

2004/2005 mövsümünə UEFA Superkuboku ilə başlayan Pepe, həmin il 90 dəqiqə meydanda qaldığı final görüşündə "Portu" "Valensiya"ya 2–1 hesabı ilə məğlub olaraq ikinci yeri tutdu. Bu, onun yeni klubdakı ilk rəsmi oyunu idi. Həmin mövsüm liqada 15 oyuna çıxan futbolçu bir qol vurdu və bir dəfə qırmızı vərəqə aldı.

Növbəti mövsüm, 2005/2006, Pepe üçün daha uğurlu keçdi. Liqada 24 oyuna çıxaraq "Portu" ilə ilk dəfə Portuqaliya Premyer Liqasının çempionu oldu. Bundan əlavə, həmin mövsüm Portuqaliya Kubokunu da qazandılar və Pepe final görüşündə 90 dəqiqə meydanda mübarizə apardı.

2006/2007 mövsümündə isə Pepe həm müdafiədə, həm də hücumda parlaq çıxışı ilə yadda qaldı. Liqada 25 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verdi.

Pepe "Portu" karyerası ərzində ümumilikdə 6 kubokun sahibi oldu. Bu illər ərzində qazandığı təcrübə və sabit performansı onu Avropanın aparıcı klublarının diqqət mərkəzinə gətirdi və gələcəkdəki daha böyük transferinin əsasını qoydu.

Real Madrid

redaktə
 
Pepe Atletiko'ya qarşı

2007-ci ildə Pepe, 30 milyon avro qarşılığında dünyanın ən böyük futbol klublarından biri olan "Real Madrid"ə transfer olundu. Bu, o dövr üçün müdafiəçi mövqeyindəki oyunçu üçün böyük məbləğ idi. O, həmin yay Aryen Robbendən sonra komandanın ikinci ən bahalı transferi olmuşdu. Pepe klubla 5 illik müqavilə imzaladı və yeni karyerasına "Kral klubu"nda başladı.

İlk mövsümündə tam istədiyi çıxışı edə bilmədi və uyğunlaşma prosesi keçdi. Lakin 2008/2009 mövsümünə yaxşı start verdi. Bununla belə, "Xetafe" ilə oynanan oyunda etdiyi sərt hərəkətlər nəticəsində qırmızı vərəqə aldı və 10 oyunluq cəzalandırıldı. Bu hadisə onun imicinə mənfi təsir etsə də, o, yenidən toparlanmağı bacardı.

2009/2010 mövsümünə də yaxşı başladı, lakin aldığı zədə səbəbindən cəmi 10 liqa oyununda iştirak edə bildi. 2010/2011 mövsümündə isə tam formada qayıdan Pepe sabit və güclü performansla diqqət çəkdi.

2011/2012 mövsümündə La Liqada 29 oyuna çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldı. Növbəti mövsüm – 2012/2013-də isə yanvar ayına qədər komandanın əvəzolunmazlarından biri idi.

Pepe 2013/2014 mövsümündə daha da ön plana çıxdı. La Liqada 30 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə həm müdafiədə, həm də hücumda komandasına fayda verdi. 2014/2015 mövsümündə 27 oyunda 2 qol və 2 assistlə çıxışını davam etdirdi. 2015/2016 mövsümündə isə 31 oyuna çıxaraq 1 qol və 1 ötürmə ilə mövsümü tamamladı. Bu dövrdə o, artıq komandanın əsas liderlərindən biri idi.

2016/2017 mövsümü isə Pepe üçün "Real Madrid"dəki son mövsüm oldu. Bu mövsümdə 18 oyunda çıxış etdi, 2 qol vurdu və 1 məhsuldar ötürmə verdi. Bu illər ərzində Pepe "Real Madrid" ilə çoxsaylı titullar qazandı.

Beşiktaş

redaktə

"Real Madrid" ilə müqaviləsini yeniləməyən Pepe, 2017-ci ilin yayında bir sıra tanınmış klubların diqqət mərkəzində idi. "PSJ", "İnter" və "Yuventus" kimi nəhəng klublarla danışıqlar aparsa da, o, karyerasına Türkiyədə davam etməyə qərar verdi və "Beşiktaş"ı seçdi.

Milli komanda karyerası

redaktə
 
Pepe Portuqaliya millisinin əsas futbolçularındandır

Pepe Portuqaliya millisinin uzun illər əsas dayaqlarından biri olmuşdur. 2007-ci ildən etibarən milli forma ilə meydana çıxan təcrübəli müdafiəçi ümumilikdə 88 oyunda iştirak edib və bu qarşılaşmalarda 5 qol vurub.

Pepe milli komandadakı debütünü 21 noyabr 2007-ci ildə keçirilən Portuqaliya – Finlandiya qarşılaşmasında etmişdir. Qısa zamanda komandanın əsas heyətinə daxil olan Pepe, “Avro 2008” turnirində Portuqaliyanın heyətində yer aldı və bütün oyunlarda meydana çıxdı. 7 iyun 2008-ci ildə Türkiyə ilə keçirilən qrup mərhələsinin ilk görüşündə millidəki ilk qolunu vurdu. Uğurlu çıxışı nəticəsində turnirin 23 nəfərlik ən yaxşı heyətinə seçildi.

2010-cu il Dünya Çempionatında Braziliya və İspaniya ilə oyunlarda komandaya kömək edən Pepe, 2012-ci ildə keçirilən Avropa Çempionatında da özünü göstərdi. Danimarka ilə qrup mərhələsində baş tutan oyunda qol vurdu və görüşün ən yaxşı futbolçusu seçildi.

2014 Dünya Çempionatında Portuqaliya millisinin keçirdiyi üç oyunun ikisində meydana çıxdı. Daha sonra “Avro 2016” turnirində böyük rol oynayan futbolçu, yalnız yarımfinalda Uelsə qarşı oyunu buraxdı. Digər bütün matçlarda iştirak edən Pepe, Portuqaliyanın tarixində ilk dəfə Avropa Çempionatının qalibi olduğu bu mötəbər turnirin əsas simalarından biri oldu.

2017-ci ildə keçirilən FİFA Konfederasiyalar Kubokunda Portuqaliya ilə birlikdə 3-cü yeri tutdu. Yarımfinalda Meksikaya qarşı keçirilən qarşılaşmada bir qol vuraraq turnirdəki fəallığını davam etdirdi.

Milli komandada oyunlar

redaktə
№ Tarix Milli komanda O Q MÖ
1. 2007   Portuqaliya 1 - -
2008 11 1 -
2009 11 1 -
2010 6 - 1
2011 7 - -
2012 12 1 -
2013 8 - 1
2014 8 - -
2015 3 - -
2016 13 1 -
2017 7 1 -
Milli komanda 88 5 2
Cəmi 88 5 2

Milli komandada qollar

redaktə
№ Tarix Məkan Rəqib Hesab Nəticə Turnir
1. 7 iyun 2008 Cenevrə stadionu, Cenevrə, İsveçrə   Türkiyə 1–0 2–0 UEFA Avropa Çempionatı 2008
2. 9 sentyabr 2009 Puşkaş stadionu, Budapeşt, Macarıstan   Macarıstan 1–0 1–0 2010 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi
3. 13 iyun 2012 Lvov stadionu, Lvov, Ukraniya   Danimarka 1–0 3–2 Avro 2012
4. 1 sentyabr 2016 Bessa stadionu, Portu, Portuqalya   Cəbəllütariq 5–0 5–0 Yoldaşlıq görüşü
5. 2 iyul 2017 Otkrıtıy stadionu Moskva, Rusiya   Meksika 1–1 1–1 2017 FİFA Konfederasiyalar Kuboku

Uğurları

redaktə

Futbolçu karyerası boyunca həm klub, həm də milli komanda səviyyəsində böyük uğurlara imza atmışdır. Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa Çempionatının qalibi olmuş, 2012-ci ildə isə turniri 3-cü yerdə tamamlamışdır. Həmçinin, 2017-ci ildə keçirilən FİFA Konfederasiyalar Kubokunda komandası ilə birlikdə 3-cü yerin sahibi olmuşdur.

Klub səviyyəsində çıxış etdiyi komandalar arasında Portuqaliyanın "Portu" klubunun xüsusi yeri vardır. Bu komanda ilə iki dəfə Portuqaliya Premyer Liqasının (2006, 2007), bir dəfə Taça de Portuqalın (2006) və iki dəfə Supertaçanın (2004, 2006) qalibi olmuşdur. Bundan əlavə, 2004-cü ildə "Portu" ilə FİFA Klublararası Dünya Kubokunu qazanmaqla beynəlxalq arenada da uğur əldə etmişdir.

Karyerasının əhəmiyyətli bir hissəsini İspaniyanın "Real Madrid" klubunda keçirən futbolçu, burada 13 titulun sahibi olmuşdur. O, "Real Madrid"lə üç dəfə La Liqa çempionu (2008, 2012, 2017), iki dəfə Kopa del Rey qalibi (2011, 2014), iki dəfə İspaniya Superkubokunun sahibi (2008, 2012) olmuşdur. Avropada isə üç dəfə UEFA Çempionlar Liqasını (2014, 2016, 2017), bir dəfə UEFA Superkubokunu (2014) və iki dəfə FİFA Klublararası Dünya Kubokunu (2014, 2016) qazanmışdır.

Şəxsi nailiyyətlərinə gəlincə, üç dəfə Avropa Çempionatının rəmzi heyətinə (2008, 2012, 2016) seçilmiş, 2014-cü ildə UEFA Çempionlar Liqasının və ESM tərəfindən Avropanın ilin ən yaxşı heyətində yer almışdır. Həmin il CNID tərəfindən ilin futbolçusu seçilmişdir. Eyni zamanda, Portuqaliya milli komandasının tarixində ən çox oyun keçirən ilk on futbolçu sırasında yer alır – milli forma ilə ümumilikdə 86 oyun keçirmişdir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  Vikianbarda Pepe ilə əlaqəli mediafayllar var.
  • Real Madrid klubunun rəsmi saytı
  • Pepe thefinalball.com saytında  
  • Pepe profile at ForaDeJogo  
  • BDFutbol profili
  • Pepe National-Football-Teams.com'da
  • FIFA saytında statistika (ing.)
  • Goal.com profili Arxivləşdirilib 2009-03-09 at the Wayback Machine
  1. ↑ 1 2 Pepe // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 Képler Laveran Lima Ferreira // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pepe_(futbolçu,_1983)&oldid=8094091"
LOVE.AZ