Perm Dövlət Universiteti qətliamı – 20 sentyabr 2021-ci ildə Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetində baş verən silahlı hücum. Hadisə nəticəsində azı 6 nəfər ölmüş və 28 nəfər yaralanmışdır.
Perm Dövlət Universiteti qətliamı | |
---|---|
![]() | |
Hücum yeri |
Perm Dövlət Universiteti, ![]() |
Hücum hədəfi | Universitet |
Vaxt |
20 sentyabr 2021 |
Həlak olanlar | 6 |
Yaralılar | 28 |
Terrorçu sayı | 1 |
Silahlı hücumun təşkilatçısı universitetin hüquq fakültəsinin tələbəsi 18 yaşlı Timur Bekmansurov olub.[1][2] O, universitet korpusuna yaxınlaşaraq atəş açmağa başlayıb. Tələbələrin və müəllimlərin bir qismi universitetdə özünü qorumağa çalışıb, bir qismi isə özlərini pəncərədən atıb. İnsidentdən sonra qatil özünü öldürüb.[3][4]