. Love.az

Peroksidler - Wikipedia - Love.az

Ana Səhifə - Peroksidler
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Peroksidlər — bu cür üzvi maddələrin tərkibində -O-O- qrupu olur. Əgər peroksid qrupu karbon və hidrogenlə rabitədədirsə onlar hidroperoksidlər adlanır.

Hidroperoksidlər

redaktə

Hidroperoksidlər — olduqca davamsız birləşmələrdir. Sadə hidroperoksidlər azca qızdırıldıqda (hətta çalxalandıqda və ya zərbədən) partlayır. Peroksidlərin ali (və ya alkil qrupu saxələnmiş quruluşlu) homoloqları daha davamlıdır. Məsələn, üçlü-butil hidroperoksid artıq 100 0 C-dən yuxarı temperaturda parçalanır. Nəticədə sonrakı fraqmentləşməyə məruz qala bilən sərbəst radikallara parçalanır. Peroksidləri parçalanmadan distillə etmək üçün onları vakuumda qovurlar. Hidroperoksidlərin asanlıqla parçalanması və partlayış qorxulu olması O:O rabitəsinin olduqca aşağı dissosasiya qabiliyyətinə malik olması ilə izah edilir.

Mənbə

redaktə
  • S. F. Qarayev, U. B. İmaşev, G. M. Talıbov "Üzvi kimya", Bakı-2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Peroksidlər&oldid=7982100"
LOVE.AZ