. Love.az

Petrosasen - Wikipedia - Love.az

Ana Səhifə - Petrosasen

Petrosaşen (əvvəlki adı Beduruskənd[1]) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində mövcud olmuş kənd.[2] Hal-hazırda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur[3][4], bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Amma Azərbaycan Milli Ensiklopediyasında bu kəndin adı çəkilir[2].

Petrosaşen
39°32′48″ şm. e. 46°44′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Petrosaşen xəritədə
Petrosaşen
Petrosaşen
Petrosaşen xəritədə
Petrosaşen
Petrosaşen

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Beduruskənd adı ilə Qubadlı qəzasının tərkibində göstərilir[1]. Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə yaşayış məntəqəsinin adı Petrovaşen kimi o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində qeyd olunur[5]. Amma Azərbaycan SSR-nin 1961-ci[6], 1963-cü[7], 1968-ci[8], 1977-ci[9] illər üzrə inzibati ərazi bölgülərində kəndin adı Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində qeyd olunmur. Azərbaycan SSR-nin Ali Sovetinin Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli fərmanı ilə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Hadrut rayonunun Xtsabert (indiki Çaylaqqala kəndi[10]) kənd Sovetinin tərkibində əslində mövcud olan Petrosaşen kəndi yaşayış məntəqələri siyahısına daxil edilməsinə dair Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq olunması qərara alınmışdı[11]. Bununla, Petrosaşen kəndi 1982-ci il üçün Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Xtsabert (indiki Çaylaqqala kəndi[10]) kənd Sovetinin tərkibində kənd oldu[11].

Həmçinin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Martuni rayonunun Xocavənd rayonu adlandırılmasını, Hadrut rayonunun ləğvini, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsini qərara aldı.[12] Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırıdı[10]. Bununla, vaxtilə mövcud olmuş Petrosaşen kəndinin ərazisi hal-hazırda Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal-hazırda Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü təsnifatında Petrosaşen adında kənd qeyd olunmur[3][4].

Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Azadliq.info-nun verdiyi məlumata əsasən, 2020-ci ili payız aylarında baş verən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 26 oktyabr 2020-ci il tarixində Laçın rayonunun Səfiyan kəndinən şimal–şərq istiqamətində irəliləyərək, iki gün ərzində Aşağı Fərəcan, Arpagədik və Petrosaşen kəndlərini işğaldan azad etmişdilər[13].

Həmçinin bax

redaktə
  • Çaylaqqala
  • Arpagədik
  • Spitakşen

İstinadlar

redaktə
  1. ↑ 1 2 Азербайджанская сельскохозяйственная перепись 1921 года. 1/9. Баку: Азербайджанское центральное статистическое управление. 1922. 22.
  2. ↑ 1 2 "ÇAYLAQQALA". Azərbaycan Milli Ensiklopediyası.
  3. ↑ 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  4. ↑ 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 59–60.
  5. ↑ Административное деление АССР. Баку: Издание АзУНХУ. Ответственный редактор ЛЕВИК Л. А. Техредактор АЛЬТШУЛЕР С. Е. Корректора: КУЛИЕВ А. и ЛУКОМНИК Г. 1933. 62 в электронном документе.
  6. ↑ Azərbaycan SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: Azərnəşr. 1961. 167–179.
  7. ↑ Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (2). Баку: Азернешр. 1964. 144–154.
  8. ↑ AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (3). Bakı: Azərnəşr. 1968. 110–116.
  9. ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (4). Bakı: Azərnəşr. 1979. 112–118.
  10. ↑ 1 2 3 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 29 dekabr 1992-ci il. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
  11. ↑ 1 2 Az SSR Ali Sovetinin Məlumatları 1982 N 6. 4–5.
  12. ↑ "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.
  13. ↑ "Azad Şuşa (birinci hissə): Qələbəyə gedən yol". Azadliq (az.). 2021-11-09. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-17.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Petrosaşen&oldid=7985532"
LOVE.AZ