. Love.az

Peygemberlerin Ve Krallarin Tarixi - Wikipedia - Love.az

Ana Səhifə - Peygemberlerin Ve Krallarin Tarixi
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Mündəricat

  • 1 Haqqında
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Haqqında

redaktə

"Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir.

Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur.

İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302-ci ilin hadisələri ilə tamamlanır.

Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən çoxlu sayda rəvayətlərlə üzləşir. Lakin onların məzmunları ilə bağlı hec bir tənqid və təhlilə girişmir. Belə ki, onun üçün yalnız sənədin səhih olaması kifayət edir. Əsərdə əsasən mədəni məsələlərə deyil, siyasi məsələlərə diqqət yetirilir. Təbəri bu kitabın yazılmasında öz əsrində mövcud olan ən ümdə mənbələrdən istifadə etmişdir.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Ülviyyə Ağayeva. "Təbəri tarixi" (az.). ebedinur.net. 2012-06-12. İstifadə tarixi: 2014-01-28.

Xarici keçidlər

redaktə
  • "Əbədi Nur" dərgisində "Təbəri Tarixi" məqaləsi
  • İngiliscə Təbəri Tarixi əsərini oxu

Həmçinin bax

redaktə

Təbəri

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tarixi-Təbəri&oldid=7808761"
LOVE.AZ