. Love.az

Peykler - Wikipedia - Love.az

Ana Səhifə - Peykler

Təbii peyk — cazibə qüvvəsinin təsiri ilə kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya (orbit) üzrə fırlanan göy cismidir.

Mars planetinin peyki Fobos və Deymos
Bu adın digər istifadə formaları üçün bax: Peyk (dəqiqləşdirmə).

Günəş Sistemində ümumilikdə 284 məlum təbii peykdən ibarət altı planetar peyk sistemi mövcuddur. Astronomlar tərəfindən cırtdan planetlər hesab edilən yeddi obyektin də təbii peykləri olduğu məlumdur: Pluton, Salasiya, Haumea, Kvavar, Makemake, Qun-qun və Erida.[1] 2022-ci ilin yanvarına olan məlumata görə, təbii peykləri olduğu bilinən 447 digər kiçik planet var.[2]

Bir planet adətən onun orbitində olan hər hansı təbii peykdən ən azı təxminən 10.000 dəfə kütləyə və müvafiq olaraq daha böyük diametrə malikdir.[3] Yer-Ay sistemi, Günəş sistemində unikal bir istisnadır; eni 3,474 kilometr olan Ayın diametri, Yerin diametrinin 0,273 mislinə, kütləsi isə yerin kütləsinin kütləsinin təxminən 1⁄80-ə bərabərdir.[4]

Terminologiya

redaktə

"Peyk" anlayışı ilk dəfə İohann Kepler tərəfindən 1611-ci ildə Frankfurtda nəşr olunan Narratio de Iovis Satellitibus adlı əsərində istifadə edilmişdir.[5] Gündəlik həyatda peyklərə bəzən ay deyilir.

Beynəlxalq Astronomiya İttifaqı hələ ki, peyki ciddi şəkildə müəyyənləşdirməyib və bunun daha sonra həyata keçiriləcəyini bəyan edib.[6]

İstinadlar

redaktə
  1. ↑ "Planetary Names". planetarynames.wr.usgs.gov. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
  2. ↑ "Asteroids with satellites". www.johnstonsarchive.net. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
  3. ↑ "Arxivlənmiş surət". 2024-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.
  4. ↑ Guinness world records 2014. [England] : Guinness World Records Limited. 2013. ISBN 978-1-908843-35-7.
  5. ↑ Jürgen Blunck. Solar System Moons: Discovery and Mythology (ingilis). Berlin, Heydelberq: Springer Science+Business Media. 2010. VII. doi:10.1007/978-3-540-68853-2. ISBN 978-3-540-68852-5. LCCN 2009933626. OCLC 233788980. OL 25130523M. Wikidata Q30116066.
  6. ↑ "International Astronomical Union | IAU". www.iau.org. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-26.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təbii_peyk&oldid=7833282"
LOVE.AZ