. Love.az

Pileler Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Pileler Dagi

Pilələr dağı – Culfa rayonu ərazisində dağ  (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli, eyniadlı qolunun  suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir. [1]

Pilələr dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1562,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Culfa

Həmçinin bax:

redaktə
  • Abdal (dağ)
  • Acıçeşmə dağı
  • Bağırsaq dağı
  • Cindağ (Şahbuz)
  • Qoturdağ
  • Paradağ silsiləsi

İstinadlar:

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pilələr_dağı&oldid=6087902"
LOVE.AZ