. Love.az

Pir Mehemmed Erzincani - Wikipedia - Love.az

Ana Səhifə - Pir Mehemmed Erzincani
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Pir Məhəmməd Ərzincani (Ərzincan və ya Osmanlı imperiyası – 1465, Ərzincan və ya Osmanlı imperiyası) — mənşəcə türk olan böyük sufi alimi.

Pir Məhəmməd Ərzincani
Pir Məhəmməd Bəhaəddin Ərzincani
Doğum yeri Ərzincan, Qaraqoyunlu
Vəfat tarixi 1464/1465
Vəfat yeri Ərzincan, Ağqoyunlu

Həyatı

redaktə

Pir Məhəmməd Bəhaəddin Ərzincani Ərzincanın Üzümlü ilçəsinin Qaraqaya (Keləriç) kəndində doğulmuşdur. Mədrəsə təsilini aldıqdan sonra Ərzincanda uzun müddət tələbə yetişdirmişdir. Daha sonra Şirvana gələrək Seyid Yəhya Bakuviyə şagird olmuşdur. Şirvanda nə qədər qaldığını bilinmir. Ancaq Xəlvətilik təriqətinin ədəb və üsulunu öyrəndikdən sonra şeyxin əmri ilə xalqı irşad etmək üçün Ərzincana göndərilir. Öz kəndində (Qaraqaya) bir zaviyə və məscid inşa etdirib, burada irşad fəaliyyətinə başlayır. Mənbələrin verdiyi məlumata görə, Ərzincani cümə günləri Ərzincandakı Cameyi-Kəbirə gələrək burada söhbət və vəz edər, təsəvvüfə aid gözəl sözlər söyləyərmiş.

Şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənlə iki dəfə görüşmüşdür. Uzun Həsən Fateh Sultan Mehmetlə hərbə qərar verəndə şeyxi ziyarət edərək dəstəyini almaq istəmiş, ancaq buna nail ola bilməmişdir. Şeyx iki türk hökmdarının (Osmanlı sultanı Fateh Sultan Mehmet və Azərbaycan-Ağqoyunlu dövlətinin hökmdarı Sultan Uzun Həsən) savaşını pisləmiş və savaşdan çəkilməsini məsləhət görmüşdü. Uzun Həsən Otluqbeli savaşında Fatehə məğlub olanda şeyxdən yardım istəmişdi. Bunun üzərinə Pir Məhəmməd öz xəliflərindən Pir Əhmədi Fatehin yanına elçi göndərərək Osmanlı və Ağqoyunlu dövlətləri arasında müqavilə bağlanmasına nail olmuşdu.

Şeyx Pir Məhəmməd Ərzincani 1464/1465-ci ildə vəfat etmişdir. Qəbrinin Ərzincanda, Ulu cami yaxınlığında olduğu bildirilsə də, bu gün yeri bəlli deyil.

Mənbələrdə Ərzincaninin bir çox əsərlərindən bəhs edilsə də mövcud olan tək əsəri nəzm ilə yazılmış "Məqamətül-arifin və Maarifüs-Salikin" əsəridir.

Həmçinin bax

redaktə
  • Xəlvətilik
  • Azərbaycanda təsəvvüf
  • Türkiyədə təsəvvüf

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pir_Məhəmməd_Ərzincani&oldid=7964885"
LOVE.AZ