Pirbulaq (əvvəlki adı: Novospasovka) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Ərtəpə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Ərtəpə kənd Sovetinin Novospasovka kəndi Pirbulaq kəndi adlandırılmışdır.[2]
Pirbulaq | |
---|---|
40°36′41″ şm. e. 45°54′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1847 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Kənd keçmişdə Xunus da adlanırdı. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə burada gəlmə rus ailələri məskunlaşmış və kəndi də Novospasovka adlandırmışdılar. 1991-ci ildən kəndin ərazisindəki bulağın adı ilə Pirbulaq (Müqəddəs bulaq) adlandırılmışdır.[3]
Kənd dağətəyi ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 478 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.