. Love.az

Pireney Qussudu - Wikipedia - Love.az

Ana Səhifə - Pireney Qussudu

Pireney quşsüdü (lat. Ornithogalum pyrenaicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü.

Pireney quşsüdü
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Qulançarkimilər
Yarımfəsilə:
Zümrüdçiçəyikimilər
Triba:
Ornithogaleae
Cins:
Quşsüdü
Növ:
Pireney quşsüdü
Beynəlxalq elmi adı
  • Ornithogalum pyrenaicum L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  504059
NCBI  535972
EOL  231560

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Yaşayış mühiti
  • 4 Təsərrüfat əhəmiyyəti
  • 5 Sinonimləri
    • 5.1 Homotipik sinonimləri
    • 5.2 Heterotipik sinonimləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 30-65 sm olan bitkidir. Soğanağı qismən iri, yumurtaşəkilli, eni 1,5-3 sm olub, bayır tərəfinin çox hissəsi ağ pərdəşəkilli, şəffaf və ya qonur rəngli qurumuş qınla örtülüdür. Gövdəsi düz, dəyirmi, çılpaq, içi boş, möhkəm və yarpaqlardan uzundur. Yarpaqları ensiz-neştərvaridir, qismən novşəkillidir, eni 4-6 mm-dir və gövdədən qısadır. Çiçək qrupu çoxçiçəklidir, uzunluğu 10-25 sm-dir. Çiçəkləri qismən uzun saplaq üzərində yerləşmişdir; aşağı hissədəki saplaqlar yuxardakılardan qısadır; çiçəkləmə dövründən sonra saplaq çiçək qrupunun oxuna doğru qismən sıxılır. Çiçək qrupunun uzunluğu 10 25 sm-dir. Çiçəkaltlıqları çiçək saplağından qısadır, neştərvaridir, sivriləşmişdir və ağ pərdəvaridir. Çiçək yanlığının yarpaqcıqları uzunsov-xətvari və ya uzunsov-neştərvaridir, kütdür, arxa hissəsi ağ rəngdə olub, üzərində yaşıl zolaqları vardır və uzunluğu 10-12 mm-dir. Erkəkcikləri uzunluğuna görə çiçəkyanlığının uzunluğunun yarısına bərabərdir. Qutucuq yumurtaşəkilli olub, qismən üç tillidir. İyun-iyul aylarında çiçəkləyir.

Azərbaycanda yayılması

redaktə

Aərbaycanın bütün rayonlarında. Ovalıqdan, orta dağ qurşağına qədər.

Yaşayış mühiti

redaktə

Meşə kənarında,kolluqlarda, bağlarda, əkin sahələrində, otlu yamaclarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

redaktə

Soğanaqları qızarmış və marinad olunmuş halda qidada istifadə olunur.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Beryllis pyrenaica (L.) Salisb.
  • Loncomelos pyrenaicum (L.) L.D.Hrouda
  • Ornithogalum flavescens Lam.
  • Ornithogalum pyrenaicum subsp. flavescens (Lam.) K.Richt.
  • Ornithogalum pyrenaicum var. flavescens (Lam.) Baker
  • Ornithogalum sulphureum var. pyrenaicum (L.) St.-Lag.
  • Parthenostachys pyrenaica (L.) Fourr.

Heterotipik sinonimləri

redaktə
  • Anthericum sulphureum Waldst. & Kit.
  • Hyacinthus sulphureus (Waldst. & Kit.) E.H.L.Krause
  • Loncomelos pallidum (Salisb.) Speta
  • Loncoxis sulphurea (Waldst. & Kit.) Raf.
  • Ornithogalum asphodeloides Schur
  • Ornithogalum granatense Pau
  • Ornithogalum melancholicum Klokov ex Krasnova
  • Ornithogalum ochroleucum Montandon
  • Ornithogalum pallidum Salisb.
  • Ornithogalum pyrenaicum f. granatense (Pau) Cuatrec.
  • Ornithogalum pyrenaicum var. sulphureum (Waldst. & Kit.) Nyman
  • Ornithogalum racemosum Gaterau
  • Ornithogalum sulphureum (Waldst. & Kit.) Schult. & Schult.f.
  • Phalangium sulphureum (Waldst. & Kit.) Poir.
  • Scilla sylvestris Savi
  • Stellaris erecta Moench

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 306.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pireney_quşsüdü&oldid=8116449"
LOVE.AZ