Pirverdilər (əvvəlki adları: Parakənd; Şaumyan) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Qabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi adlandırılmışdır.[3]
Pirverdilər | |
---|---|
40°28′15″ şm. e. 45°54′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kənd pirverdilər nəslinin adını daşıyır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir. Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında sakinlərin istifadəsinə verilmişdir.[5]
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 842 | 442 | 400 |
2009[7] | ↘820 | ↗461 | ↘359 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Pirverdilər kənd kitabxana filialı, Pirverdilər kənd klubu fəaliyyət göstərir.[8]
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.