Pol Modriç — (ingiliscə: Paul Lawrence Modrich; 13 iyun 1946-cı ildə Nyu-Meksika, Raton, ABŞ-da anadan olub)[4] — amerikalı biokimyaçı,[5] elmlər doktoru (1973 il, Stenford Universiteti), Duke Universitetinin professoru. 2015-ci ildə o, Kimya üzrə Nobel Mükafatını Tomas Lindal və Əziz Sancarla "DNT təmirinin mexanizmləri ilə bağlı araşdırmalarına görə" bölüşdü.[6]
Pol Modriç | |
---|---|
ing. Paul Lawrence Modrich | |
![]() | |
Doğum adı | Paul Lawrence Modrich |
Doğum tarixi | 13 iyun 1946(1946-06-13)[2] (78 yaş) |
Elm sahələri | kimya, biokimya[1], dezoksiribonuklein turşusu[1] |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
![]() |
biochem.duke.edu/paul-l-… | |
![]() |
ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993il).[7]
P. Modriç Lourens Modriç və Marqaret Maktürkün ailəsində 13 iyun 1946-cı ildə Nyu-Meksiko ştatının Raton şəhərində anadan olub.[9] Onun Dave adlı kiçik qardaşı var.[10] Atası Raton Liseyində biologiya müəllimi və basketbol, futbol və tennis məşqçisi idi. P. Modriç 1964-cü ildə Raton Liseyini bitirmişdir.[11] P. Modriç Xorvat, Monteneqro, Alman və Şotlandiya[12] mənşəli idi. Onun ata tərəfdən babası xorvat əsilliydi,[13] ehtimal ki, Zadar yaxınlığındakı kiçik Modriçi kəndindən idi,[14] nənəsi isə Çernoqoriya əsilli idi, hər ikisi 19-cu əsrin sonlarında sahilyanı Xorvatiyadan ABŞ-a köçmüşdür.[15][16] Onun ana ailəsi qarışıq alman və şotland-irland mənşəlidir. P. Modriç 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda bakalavr dərəcəsi, ardınca 1973-cü ildə Stenford Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. O, bir il (1973–1974 il) Harvard Tibb Məktəbində Charles C. Richardsonun laboratoriyasında doktoranturadan sonrakı tədqiqatçı kimi tədqiqatını davam etdirdi.
P. Modriç 1980-ci ildə həmkarı alim Vickers Burdett ilə evləndi.[17]
P. Modriç Amerika İncəsənət və Elmlər Akademiyasının, Milli Tibb Akademiyasının və Milli Elmlər Akademiyasının üzvüdür.
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[19][20][21]