Puldəşt (Ərəblər) şəhristanı (fars. شهرستان پلدشت) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Puldəşt (Ərəblər) şəhəridir.
Puldəşt şəhristanı | |
---|---|
39°21′ şm. e. 45°04′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
| |
![]() |
Şəhristan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,170 nəfər və 11,537 ailədən ibarət idi.[2]
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şəhristan öz adını inzibati mərkəzi olan Puldəşt şəhərindən alır. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırki rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |