. Love.az

Portal Arxeologiya - Wikipedia - Love.az

Ana Səhifə - Portal Arxeologiya
redaktə  

Arxeologiya portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

Ötzi, Ötsi yaxud Similaun adamı (alm. Ötzi‎, it. Mummia del Similaun) — insan epoxasının mis dövrünə aid buzlaşmış insan mumiyası. Ötzi mumiyası 1991 ci ildə Tirolun Ötztal Alpındakı (alm. Ötztaler Alpen‎) Şnalştal buzlağında (alm. Schnalstal‎), 3200 m hündürlükdən, kəskin buz ərintisi nəticəsində aşkarlanmışdır. Mumiyanın mənsub olduğu şəxsin ölüm tarixi radio kömür müayinəsi əsasında e.ə. ≈ 3359 və 3105 il, yaşı isə ≈5250 il müəyyən edilmişdir. Avstriyada mumiya Ötzi adamı, İtaliyada isə “Similaun adamı” və “Tirol buzlaq adamı” kimi təqdim edilmişdir. 2011 ci ilin oktyabrında alimlər Ötzinin genetik kodunu açmağa müvəffəq olmuşlar.

Məqaləni oxu...
redaktə  

Arxeoloqlar

Lео Frоbеnius (1873-1928) аrхеоlоq, еtnоlоq, fоlklоrşünаs оlmuş, diffuziоnizm çərçivəsində «mədəniyyətin аnоtоmiyаsı, mоrfоlоgiyаsı, fiziоlоgiyаsı» və «mədəni dаirələr» nəzəriyyəsini yаrаtmışdır. Аfrikа mədəniyyətinin mаhir bilicisi оlаn Frоbеnius Аfrikа, Аvstrаliyа və Оkеаniyа хаlqlаrının mədəniyyətinin tədqiqi ilə əlаqədаr 12 еkspеdisiyаdа оlmuşdur. Tədqiqаtlаrının nəticəsini «Аfrikа mədəniyyətinin mənşəyi» (1898) əsərində cəmləşdirən Frоbеnius mədəniyyətə cаnlı оrqаnizm kimi bахmış, dəyişməsinin ümumi həyаt qаnunlаrınа tаbе оlduğunu bildirmişdi.

Məqaləni oxu...
redaktə  

Seçilən şəkil

Азых.jpg
Azıxantropun Azıx mağarasından tapılmış çənə sümüyü. Azərbaycan Tarix Muzeyində saxlanılır.
redaktə  

Arxeoloji abidələr

Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968 – ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə” 26 aprel, 2001 – ci il tarixli sərəncan qəbul etmişdir.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya - Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı - ayrı işarələr və s. təsvirlər həkk edilmişdir.

Məqaləni oxu...
redaktə  

Arxeologiya indeksləri

0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

redaktə  

Mədəniyyətlər

Gədəbəy - Xocalı mədəniyyəti — Azərbaycanın Gədəbəy və Xocalı rayonu ərazisindəki abidələr, yerli türk əhalisinin yaşayış tərzi, ənənələri və digər mədəniyyət nümunələridir. Rayonun memarlıq abidələrindən Söyüdlü kəndində Qız qalasını (“Namərdqala” - 9 cu əsr) və Mahrasa məbədini, Novosaratovka kəndindəki məbədi (1535), Qalakənd kəndindəki qalanı (XVI əsr), Böyük Qaramurad kəndindəki qalanı (1634), Dikdaş kəndi ərazisindəki (Bayram dərəsində) alban kilsəsini və Həmşivəng məbədini, Cəbətkeçməz kəndindəki üç körpünü (XIX əsr) xüsusi qeyd etmək lazımdır.

Məqaləni oxu...
redaktə  

Arxeoloji muzeylər

Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim Roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir", Artemida, Knidoslu Afrodita , Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları - "eginetlər" və s. daxildirlər.

Məqaləni oxu...
redaktə  

Kateqoriyalar

Arxeologiya
Regionlara görə arxeologiya
Arxeologiyanın alt sahələri
Ölkələrinə görə arxeologiya
Arxeloji obyektlər
Arxeologiya kolleksiyaları
Arxeologiya nəşrləri
Arxeoloji abidələr
Arxeoloji artefaktlar
Arxeoloji dövrlər
Arxeoloji kəşflər
Arxeoloqlar
Artefaktlar
Eneolit dövrü
Fransada arxeoloji obyektlər
Arxeologiya qaralamaları
Arxeoloji mədəniyyətlər
Arxeologiya muzeyləri
Psevdoarxeologiya
Sualtı arxeologiyası
Tunc dövrü
Yerlərinə görə arxeologiya
redaktə  

Əlaqəli portallar


Misir Şərq Yunanıstan Roma
Arxeologiya Vikixəbərdə  Arxeologiya Vikisitatda  Arxeologiya Vikikitabda  Arxeologiya Vikimənbədə  Arxeologiya Vikilüğətdə  Arxeologiya Vikiversitetdə  Arxeologiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Arxeologiya&oldid=6359344"
LOVE.AZ