. Love.az

Portal Balet - Wikipedia - Love.az

Ana Səhifə - Portal Balet
redaktə  

"Ballet comique de la reine"
“İstənilən hərəkət onda gözəldir ki, səmimi hislərlə və fikirlərlə ifadə olunmuş olsun” Aysedora Dunkan




Balet portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Yeddi Gözəl — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuli Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xareoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.

Məqaləni oxu...


redaktə  

Seçilən şəkil


“Balerina”, Pyer-Ogüst Renuar, 1874


redaktə  

Bəstəkarlar

Qara Qarayev (5 fevral 1918 — 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. SSRİ Xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir.

Məqaləni oxu...


redaktə  

İfaçılar

Aysedora Dunkan (ing. Isadora Duncan, doğum adı Dora Angela Dunkan, ing. Dora Angela Duncan(1877 – 1927) — Qərbdə və Rusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banilərindən biri. Rusiya şairi Serqey Yeseninin həyat yoldaşı olmuş, 1921—1924-cü illərdə Moskvada yaşamışdır.

Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı.

Məqaləni oxu...


redaktə  

Teatrlar

Opera Qarnye və ya Qarnye Sarayı (fr. Opéra Garnier ; Palais Garnier) — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir.

Bina uzun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Opera Bastiliya)inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Milli Paris Operası (fr. Opéra national de Paris) adı altında ictimai-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.

Məqaləni oxu...


redaktə  

Təqvim

May
  • 4 may — 1738 ci ildə Jan Batis Land Rusiyada ilk balet məktəbini açmışdır.
  • 7 may — 1840 ci il, Pyotr Çaykovskinin doğum günü
  • 13 may — 1982 ci il, Qara Qarayevin ölüm günü
  • 20 may (1 iyun) — 1804 cü il, Mixail Qlinkanın doğum günü
  • 22 may — 1813 cü il, Rixard Vaqnerın doğum günü
  • 27 may — 1877 ci il Aysedora Dunkanın doğum günü


redaktə  

Musiqi


Yeddi gözəl
  • Hind gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.
  • Rum gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.
  • Xarəzm gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.
  • Slavyan gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.
  • Məğrib gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.
  • Çin gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.
  • Gözəllər gözəlinin rəqsi, Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilir.


redaktə  

Bilirsinizmi

  • Balet XVI əsrdə İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb.
  • İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub
  • Türkmənistanda opera 2001 ci ildə Saparmurat Niyazov tərəfindən qadağan edilmişdir.


redaktə  

Kateqoriyalar

Baletlər
Bəstəkarlarına görə baletlər
Xoreoqraflarına görə baletlər
Əlifba sırasına görə baletlər
Tarixlərinə görə baletlər
Teatrlara görə baletlər


redaktə  

Xarici keçidlərdə baletlər


Pyotr Çaykovski
Qu gölü
  • Schwanensee, Das Russische Nationalballett aus Moskau
  • Swan Lake Ballet
Sergey Prokofyev
Romeo və Cülyetta
  • Romeo və Cülyetta
Qara Qarayev
Yeddi gözəl
  • Yeddi Gözəl film-balet
Fikrət Əmirov
Min bir gecə
  • "Min bir gecə" baletinin I hissə
  • "Min bir gecə" baletinin II hissə
  • "Min bir gecə" baletinin III hissə
Arif Məlikov
Məhəbbət əfsanəsi
  • Bolşoy teatrda "Məhəbbət əfsanəsi" baleti, tək parça
  • Bolşoy teatrda "Məhəbbət əfsanəsi" baleti, I hissə
  • Maya Plisetskaya və Maris Liepa "Məhəbbət əfsanəsi" baletində
Əfrasiyab Bədəlbəyli
Qız qalası
  • Əfrasiyab Bədəlbəyli "Qız qalası" baleti - I pərdə
  • Əfrasiyab Bədəlbəyli "Qız qalası" baleti - II pərdə


redaktə  

Əlaqəli portallar


Musiqi Klassik musiqi Teatr Opera


redaktə  

Balet indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Balet Vikixəbərdə  Balet Vikisitatda  Balet Vikikitabda  Balet Vikimənbədə  Balet Vikilüğətdə  Balet Vikiversitetdə  Balet Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Balet&oldid=6359345"
LOVE.AZ