. Love.az

Portal Liberalizm - Wikipedia - Love.az

Ana Səhifə - Portal Liberalizm
[[[:Şablon:Fullurl:]] ] 
framless
framless
Portal:Liberalizm/Giriş
⛭
Vikipediyanın müzakirə və müraciət səhifələri
Ümumi
  • İnzibatçılar
    • müraciət
  • Bürokratlar
    • müraciət
  • İnterfeys inzibatçıları
    • müraciət
  • Vikipediya:Botlar
    • istəklər
  • Vikipediya:Auto Wiki Browser
    • istəklər
  • Addəyişmə müraciətləri
  • Bərpa üçün namizəd səhifələr
  • İstifadəçi adı dəyişdirmək
  • İstifadəçi hüquqları üçün müraciətlər
  • Silinməyə namizəd səhifələr
    • fayllar
  • Kateqoriya müzakirələri
  • Vikipediya:Şablon müzakirələri
    • istəklər
  • Kənd meydanı
    • transliterasiya
  • Yükləmə müraciətləri
  • Yardım masası
İstifadəçi davranışları
  • Təftişçilərə müraciət
  • Şikayət
    • inzibatçı
  • Bloklama tələbləri
  • Mühafizə tələbləri
  • Versiya gizləmə tələbləri
Digər müraciətlər
  • Məqalə namizədləri
    • qiymətləndirmə
  • Tərcümə istəkləri
  • Məqalə istəkləri

Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığı və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.

Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm irsi üstünlük normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və ənənəvi mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.

1688-ci ildə baş vermiş Şanlı inqilabın, 1776-cı ildə baş vermiş Amerika inqilabının və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabının rəhbərləri kral tiraniyasını aradan qaldırmağa haqq qazandırmaq üçün liberal fəlsəfədən istifadə etmişdir. Liberalizm Böyük Fransa inqilabından sonra sürətli şəkildə yayılmağa başlamışdır. XIX əsrdə Avropa və Latın Amerikasında liberal hökumətlərin formalaşmış, Birləşmiş Ştatlardakı respublikaçılıq hərəkatına köklənmişdir. Termin Viktoriya dövrü Böyük Britaniyasında siyasi müəssisələrin tənqidi, xalq adından elmə və səbəbə yönəlmə kimi qəbul edilirdi. XIX əsrin axırları və XX əsrin əvvəllərində Osmanlı imperiyasında, o cümlədən Orta Şərqdə güclənən liberal cərəyan Tənzimat və Əl-Nəhda kimi islahat dövrlərinin baş verməsinə, eləcə də konstitusionalizm, milliyətçilik və sekulyarizmin yüksəlməsinə gətirib çıxarmışdır. Bu dəyişikliklər digər amillər ilə birlikdə İslam daxilində böhran hissi yaratmışdır, hansı ki, bu günə kimi davam edir və İslam dirçəlişçiliyinin yaranmasına səbəb olmuşdur. 1920-ci illərdən əvvəl liberalizmin əsas ideoloji rəqibləri kommunizm, konservatizm və sosializm olmuşdur, ancaq bu siyasi fəlsəfə daha sonra liberalizmin yeni rəqiblərinə çevrilən faşizm, nasizm və markizm-leninizm ilə böyük ideoloji qarşıdurmalar yaşamışdır. Liberal ideyalar XX əsrdə daha güclü bir şəkildə yayılmışdır, xüsusilə də Qərbi Avropada. Bunun səbəbi liberal demokratiyaların Birinci Dünya müharibəsində və İkinci Dünya müharibəsində qalib tərəf olmasıdır.

Avropa və Şimali Amerikada sosial liberalizmin əsasının qoyulmasının sosial rifah dövləti anlayışının genişlənməsində böyük rolu olmuşdur. Liberal partiyalar indiki dövrdə də dünya boyunca əhəmiyyətli qüvvə və təsirə malikdir. Buna baxmayaraq, Afrika və Asiyada liberalizmə qarşı çıxılır. Müasir cəmiyyətin fundamental elementləri liberalizmə əsaslanır. Erkən liberalizm dalğaları iqtisadi fərdiyyətçilik anlayışını populyarlaşdırmış, eyni zamanda konstitusiyalı hökumət və parlament səlahiyyətinin əhəmiyyətini artırmışdır. Liberallar söz azadlığı, birləşmək azadlığı, müstəqil və ictimai məhkəmə və aristokratik üstünlüklərin ləğvi kimi indiki dövrdə böyük əhəmiyyət daşıyan fərdi azadlıqları adi hala salmışdır. Müasir liberalizmin növbəti maarifçilik və mübarizə dalğaları mülki hüquqların böyüdülməsini hədəfləmişdir. Liberallar mülki hüquqların təmin edilməsi dalğası zamanı gender və irqi bərabərliyi müdafiə etmişdir. XX əsrdə baş vermiş lobal mülki hüquq hərəkatları hər iki hədəfdə böyük nailiyyətlər əldə etmişdir.

Davamı...

Yeni bölmələri göstər
 
framless
framless
Seçilmiş məqalə

Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun[ing.] rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17-18 akr (6.9-7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir.

Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır.

BMT-nin 15 ixtisaslaşmış qurumundan (UNESCO kimi) heç biri baş qərargahda yerləşmir. Lakin BMT Uşaq Fondu kimi bəzi "müstəqil köməkçi orqanlar"ın qərargahları buradadır.

...Arxiv

Davamı...

 
framless
framless
Seçilmiş şəkil
Bastiliyanın alınması 14 iyul 1789-cu ildə, Fransanın Paris şəhərində gerçəkləşmişdir. Şəhərin mərkəzində yerləşən qala kral hakimiyyətini simvolizə edirdi. Qala həbsxanasında yeddi məhbus var idi, ancaq bu, monarxın zorakılığı təsvir edirdi. Qalanın alınması Böyük Fransa inqilabının ən əhəmiyyətli epizodlarından idi.
Daha çox...
 
framless
framless
Seçilmiş sitat
Fridrix fon Hayek
" Buna baxmayaraq, belə bir məsələ var ki, liberalın sosialist və mühafizəkarın arasındakı bir mövqeni tutduğunu deməyə haqq qazandırmaq olar. O, öz individual idrakı əsasında təyin edilmiş ardıcıllıqla bütün sosial müəssisələri yenidən qurmaq istəyən sosialistin xam rasionalizmindən çox uzaq olduğu qədər mühafizəkarın tez-tez müraciət etdiyi mistisizmdən də uzaqdır. Liberal mövqe kimi qələmə verdiyim şey mühafizəkarlığın idraka olan inamsızlığını bir dərəcəyə qədər bölüşür ki, liberal bütün cavabları bildəyimizdən olduqca xəbərdardır və əldə etdiyi cavabların doğrudan da həqiqəti əks etdirdiyindən və ya bütün cavabları tapa biləcəyimizdən belə əmin deyil. O həmçinin, dəyərli olduğunu sübut hansısa bir qeyri-rasional müəssisədən yardım istəməkdən uzaq durmur. Liberal hakimiyyətin fövqəltəbii bilik mənbəyinə sahib olduğunu iddia etmədən bu cəhalət ilə üzləşməyə hazır olduğuna və necə də az bildiyimizi qəbul etdiyinə görə mühafizəkardan fərqlənir. Onu da qəbul etmək lazımdır ki, liberal bəzi hallarda məsələlərə fundamental olaraq şübhəli yanaşır, ancaq görünür ki, bu, digərlərinin öz üsulları ilə xoşbəxtlik arzulaması və liberalizmin başlıca xüsusiyyəti olan bu tolerantlığa mütəmadi olaraq sadiq qalmaq üçün müəyyən dərəcədə cəsarətsizlik tələb edir.

Liberalda dini inancların yoxluğunun zəruri olması üçün bir səbəb yoxdur. Fransa inqilabının rasionalizmindən fərqli olaraq, gerçək liberalizmin din ilə nifaqı yoxdur və mən yalnız XII əsrin kontinental liberalizmini hərəkətləndirən döyüşkən və mahiyyətcə qeyri-liberal olan anti-dinçiliyə təəssüflənirəm. Bunun liberalizmin mahiyyəti olmadığı onun ingilis əcdadları olan, müəyyən dini inanc ilə çox yaxın olan Viqlər tərəfindən aydın şəkildə göstərilir. Baxmayaraq ki, öz dini inanclarında dərinfikirlidir, liberalı mühafizəkardan fərqləndirən özünü heç bir zaman bu inancı digərlərinə həvalə etməkdə məcbur hiss etməməsi və dini və dünyəvinin onun üçün səhv salınmamalı olan ayrı sferalar olmasıdır.

"
— Fridrix fon Hayek, Azadlıq konstitusiyası. 1960-cı il.
...Arxiv
Daha çox...
 
framless
framless
Bilirsinizmi
  • ... liberalizmin XVII əsrdə başlayan müasir bir siyasi və iqtisadi hərəkat olduğunu?
  • ... «Liberalizm» sözünün ingilis dilində ilk dəfə 1815-ci ildə istifadə edildiyini?
  • ... «Liberal» termininin Şimali Amerikada solçular, Avropa, Asiya, Avstraliya və Afrikada isə sağçılara aid olduğunu?
  • ... Liberalizmin əsas rəqiblərinin konservatizm, faşizm və kommunizm olduğunu?
  • ... Liberalların din ilə dövlətin ayrılmasını dəstəklədiyini?
  • ... Filosof Con Lokkun (şəkildə) "liberalizmin atası" hesab edildiyini?
 
framless
framless
Seçilmiş məzmun
Seçilmiş məqalələr
  • Featured article Əlimərdan bəy Topçubaşov
  • Featured article Riçard Kantilyon
Yaxşı məqalələr
  • Good article Aslan bəy Qardaşov
  • Good article Fəth edilməmiş (pyes, 1940)
  • Good article Rəşid xan Qaplanov
 
framless
framless
Kateqoriyalar
Liberalizm
Qitələrinə görə liberalizm
Ölkələrinə görə liberalizm
Federalizm
Klassik liberalizm
Liberal təşkilatlar
Liberalizm və din
Sosial liberalizm
 
framless
framless
Əlaqəli portallar
Anarxizm Kapitalizm Kommunizm Mühafizəkarlıq Libertarianizm Sosializm
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Liberalizm&oldid=5191225"
LOVE.AZ