![]() |
Bitlz, "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) - Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı - Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş populyarlıq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir.
![]() “Running Scared” 70 mahnı arasından seçilib. Seçimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nurəliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu münsiflər heyəti aparıb. “Running Scared” mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Byurman və İen Farquhansondur. (Davamı...) |