. Love.az

Portal Qedim Serq - Wikipedia - Love.az

Ana Səhifə - Portal Qedim Serq
redaktə  

Qədim Şərq portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

"Midiya" — (yunan. Μηδία) — e.ə. 728-ci ildən – e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi Məqaləni oxu...

redaktə  

Şəxsiyyətlər

[[Fayl:|left|150px]] "Atropat" — (yun. Aτρoπάτης ) – Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. Məqaləni oxu...
redaktə  

Seçilən şəkil

Piter Paul Rubensin çəkdiyi "Tomris Əfsanəsi" əsərində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması

Ətraflı...

redaktə  

Mədəniyyət

"Semiramidanın asma bağları" — dünyanın 7 möcüzəsindən biri. Dünyanın 2-ci möcüzəsi olan Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e. ə. 7-ci əsrdə padşah Navuxodonosor əmr etmişdi. Padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə salınan süni meydançada tikdirmişdi. Burdan 6 cərgə pilləvari terras - səki qalxırdı. Kərpicdən tikilən sıra dağlar üzərində qurulmuş bu terrasların hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı. Məqaləni oxu...
redaktə  

Bilirsinizmi

  • Dünyanın ən qədim etiqadlarından biri hansıdır...
  • Əhəmənilər İmperiyasının əsasını kim qoymuşdur...
  • Arilər kimlərdir...
  • Finikiya hansı dənizin sahilində yerləşirdi...
  • Makedoniyalı İsgəndər hansı imperiyaya qarşı vuruşmuşdur...
redaktə  

Abidələr

"Ur ştandartları" — Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Məqaləni oxu...
redaktə  

Mifologiya • Tarix

"İştar" - Akkad mifologisında bir tanrıça, ilahə. Şümer mifalogiyasındakı İnannadan törəmişdir. İnanna Utu/Şamaşın ekiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şümercə ikən, ikincilər Akkadlar tərəfındən bu tanrılara verilən adlardır.Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur. O Assurun zövcəsi kimi təsəvvür olunurdu. Onun məbədləri Arbela və Ninovada yerləşirdi. Ona savaş ilahəsi kimi ibadət edilirdi. Məqaləni oxu...

"Kadeş döyüşü" - Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki Suriya və Livan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim Misir və Het çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə. Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu Simbel və Abidos təsvirlərinə əsaslanan üç və əlavə Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir Məqaləni oxu...

Mesopotamiya
Əyalətlər və dövlətlər
Şumer · III Ur · Akkad
Amorey · İsin · Subartu
Aratta · Assuriya · Babil
Het · Yeni Babil · Kuti
Əhali
Şumerlər · Akkadlar · Babillilər

Aramilər · Amorilər · Assiriyalılar
Kassitlər · Kutilər · Lullubilər
Hurrilər · Keldanilər · Arilər

Əlyazmalar və dillər
Mixi yazı: Enuma eliş
Şumer · Akkad · Arami

Hurri · Hitit

Mifologiya
Nabu  • İştar • Asalluhi • Ea • Tiamat • Marduk  • Şamaş • Kinqu • Militta • İşum • Baba
Mifik tanrılar
  • İştar
    İştar
  • Marduk
    Marduk
  • İnurta
    İnurta
  • Nabu
    Nabu
redaktə  

Kateqoriyalar

Qədim Şərq adlı kateqoriya tapılmadı.
Dünyanın yeddi möcüzəsi
Rodos nəhəngi
İran tarixi
Dövrlərinə görə İran tarixi
Mövzularına görə İran tarixi
Ağqoyunlular
İran arxeologiyası
Atropatena
İrandakı bədbəxt hadisələr
Cəlairilər
İranda etiraz aksiyaları
Əfşarlar imperiyası
Əhəmənilər imperiyası
Əsrlərə görə İran
Gilan tarixi
Həmədan tarixi
İranın hərb tarixi
Xorasan tarixi
İran Məşrutə inqilabı
İran milliyətçiliyi
İran Senatı
İran şahları
İran tarixçiləri
Qacarlar
Manna
Parfiya imperiyası
Sasanilər imperiyası
Selevki hökmdarları
Səfəvi–Osmanlı müharibələri
Səfəvilər
Sistan
Sistan tarixi
Tahirilər
Tehran tarixi
Təbəristan
İranda yarananlar
Zəndlər
Ziyarilər
redaktə  

Əlaqəli portallar


Coğrafiya Asiya Qədim Misir Qədim Yunanıstan Qədim Roma
Qədim Şərq Vikixəbərdə  Qədim Şərq Vikisitatda  Qədim Şərq Vikikitabda  Qədim Şərq Vikimənbədə  Qədim Şərq Vikilüğətdə  Qədim Şərq Vikiversitetdə  Qədim Şərq Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Qədim_Şərq&oldid=6502365"
LOVE.AZ