![]()
Gözəl Qoruyucu Seylor Mun: Seylor Ulduzlar (美少女戦士セーラームーン セーラースターズ, Bishōjo Senshi Sērā Mūn Sērā Sutāzu?) — "Seylor Mun" animesinin Takuya İqaraşinin rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 5-ci mövsümü (167-200-cü seriyalar). "Seylor Mun" animesinin sonuncu mövsümüdür. Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Bu mövsüm "Seylor Mun" hekayəsinin 5-ci hissəsi əsasında çəkilmişdir. 5-ci hissənin ilk hissəsində yenə Kraliça Neheleniya peyda olur. Daha sonra Seylor döyüşçüləri Şahzadə Kakyunu axtaran Seylor Starlaytlar ilə qarşılaşırlar. Onlar öyrənirlər ki, bədəni Xaos tərəfindən ələ keçirilmiş, Kölgə Qalaktikanın lideri, Seylor döyüşçüsü Seylor Qalaksiya bütün qalaktikanı ələ keçirmək istəyir.
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko?, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var. O, ailəsinin üzvlərinin adlarını "Seylor Mun" manqasında istifadə etmişdir. Bunu verdiyi açıqlamaqlarda və müsahibələrdə tez-tez bildirir.
Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn?) — Naoko Takeuti tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru?, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir. Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. O, çox nəzakətli, sakit personaj kimi təsvir olunur. Miçiru yaydığı sofistik aurası ilə birlikdə gözəl və zərifdir. O ağıllıdır və bu, özünü incəsənət və musiqidə göstərir. Usaqi hətta bir dəfə bildirmişdi ki, Miçiru şahzadə olmağa gözəl bir nümunədir. İngiliscə dublajda adı Mişeldir.
Starlaytlar dedilər mənə...əgər mən təslim olmasam, onlar həmişə mənim yanımda olacaqlar! Mən təslim olsam, hər kəs, doğrudan da, gedə bilər! Buna görə də təslim olmayacağam! Heç vaxt! — Seylor Mun, animenin 200-cü seriyasında düşməni Seylor Qalaksiya qarşısında.
![]() Seylor Mun • Seylor Mun (personaj) • Naoko Takeuçi • Seylor Mun musiqisi • Sailor Moon Crystal seriyalarının siyahısı • Moonlight Densetsu • La Luna Splende • Seylor ulduzları • Seylor Merkuri • Seylor Mars • Seylor Yupiter • Seylor Venera • Çibiusa • Seylor Pluton • Seylor Saturn • Seylor Uran • Seylor Neptun • Moon Pride
Seylor Mun adlı kateqoriya tapılmadı.
|