![]() |
Ласкаво просимо до порталу УКРАЇНА |
![]() |
|
Ukrayna Qara və Azov dənizlərin sahilində yerləşir. O, şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdə Rumıniya, Moldaviya və tanınmamış Dnestryanı ilə sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir.
Ukrayna adı əski slavyan dilində "sərhəd ölkəsi" mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|