. Love.az

Portal Urmiya - Wikipedia - Love.az

Ana Səhifə - Portal Urmiya

Urmiya portalına

xoş gəlmisiniz!


Haqqında

Urmiya — Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və din mərkəzi. Urmiya şəhəri Urmiya gölündən 18 km qərbdə yerləşir. 2006-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 577,307 nəfərdir. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Abidə

Üç Günbəd Türbəsi – İranın Urmiya şəhərində yerləşən türbə Urmiya gölünün sahilindədir.Üç Günbəd türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəd türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbədin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Urmiyalılar

'Səfiəddin Urməvi – Mənşəcə Azərbaycan türklərindən olan, Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmış alim. Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

Kateqoriyalar

Urmiya
Urmiyada doğulanlar
Urmiya qəzetləri
Portal:Urmiya
Urmiyada təhsil
Urmiya hakimləri
Urmiya xanlığı
Urmiyadakı binalar və tikililər
Urmiyalılar
Urmiyada vəfat edənlər

Əlaqəli portallar


Təbriz Berlin Bakı Gəncə


Urmiya Vikixəbərdə  Urmiya Vikisitatda  Urmiya Vikikitabda  Urmiya Vikimənbədə  Urmiya Vikilüğətdə  Urmiya Vikiversitetdə  Urmiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Urmiya&oldid=6292737"
LOVE.AZ